İran yeraltı raket bazalarının dağıdılmış yollarını açmağa başlayıb
Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.
İranda raket qurğularının saxlanıldığı yeraltı hərbi bazaların girişlərini bağlanmasına səbəb olan dağıntıların təmizlənməsi prosesi həyata keçirilir.
Redaktor.az-ın məlumatına görə, bu barədə CNN telekanalı peykdən çəkilmiş fotolara əsaslanaraq xəbər yayıb.
Şəkillərdə texnikanın bloklanmış tunellərdəki qalıqları toplayaraq yük maşınlarına yığdığı əks olunub.
Məlumdur ki, bundan əvvəl İsrail və ABŞ Tehranı raket sistemlərini yerin altından çıxarmaq imkanından məhrum etmək məqsədilə qəsdən İran bazalarının girişlərinə aviazərbələr endirib.
ABŞ kəşfiyyatındakı mənbələrin hesablamalarına əsasən, bir ay davam edən hərbi əməliyyatlardan sonra İranın raket qurğularının təxminən yarısı zərər görməyib. CNN qeyd edir ki, onların böyük bir qismi zərbələr nəticəsində yerin altında mühasirədə qalmış ola bilər.
Ceyms Martin adına Silahların Yayılmaması Problemlərinin Tədqiqi Mərkəzinin bir elmi işçisi isə mövcud vəziyyətə dair xəbərdarlıq xarakterli şərh verib:
"Atəşkəs sizin çoxlu vaxt, güc və vəsait sərfi ilə məhv etdiyiniz hərbi potensialın düşmən tərəfindən qismən bərpa olunacağını qəbullanmağınızı tələb edir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 15 Aprel 2026 10:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















