Icma.az
close
up
RU
Yol verək, yer göstərək: unudulmağa qoymayaq! II YAZI

Yol verək, yer göstərək: unudulmağa qoymayaq! II YAZI

Icma.az, Ses qazeti portalına istinadən məlumat yayır.

20-30 il əvvəl ilə müqayisədə unutduğumuz bir çox adətlərimiz var. Onlardan biri də özümüzdən yaşca böyük olan insanlara yol və yer verməkdir. Hansı ki, vaxtilə bu kimi hallar demək olar ki, qətiyyən müşahidə olunmurdu cəmiyyətdə. Kiçiyin kiçik yeri vardı, böyüyün böyük yeri. Harada olmasından asılı olmayaraq yaşca kisik olanlar böyüyə yol verir, ayağa qalxıb yer göstərirdi. Bu, bizim çoxəsrlik milli-mənəvi dəyərlərimizin bir parçasına çevrilmişdi. Həqiqətən də təqdirolunası hal, hörmətin, insanların bir-birinə olan nəvazişinin, cəmiyyətin yaşlı üzvlərinə yaşca kiçik olanların sayğısının göstəricisi idi.

Lakin zaman ötdükcə, əsrlər boyu qoruduğumuz bu kimi adətlərimiz artıq yavaş-yavaş sıradan çıxmağa başladı. Bir də baxdıq ki, biz nələri itiririk... Lakin fərqinə varan çox az adam olduğundan itirə-itirə getdik. Bax, bu gün ətrafımızda cərəyan edən hadisələr isə artıq qabarıq şəkildə özünü göstərir. Görünən odur ki, artıq böyüyə yol və yer verməyi düşünməyən nəsil yetişməkdədir. Bu Avropasayağı yanaşmanın qarşısını indi ala bilməsək, sabaha bu adətimizdən əsər-əlamət belə qalmayacaq.

Bir vaxtlar vardı...

Bu gündən həmin dövrə nəzər saldıqda, olanları xatırlayanda, insan heyrətə gəlir. Axı onların hər birinin şahidi olmuşduq. Yeniyetmə-gənclik illərimizdə bu gün çox gənclərdən görə bilmədiyimizi biz etmişdik. Elə buna görə də adama qəribə gəlir ki, nə oldu, o dövrlə bu dövr bu qədər fərqləndi?..

Görəndə ki, dəhlizin o başından müəllim gəlir, dayanır, onun ötməsini gözləyirdik. Müəllim gəlib keçirdi, bizsə onun ardınca yolumuza davam edirdik. Qapıda özümüzdən böyük kimsə gördükdə, dayanır, birinci ona yol verir, sonra özümüz keçirdik. Bu, tək müəllimlərimiz üçün deyildi, məktəbdə işləyən xadimə qadınlar vardı, biz onlara da eyni diqqət və sayğı ilə yanaşır, hər zaman yol verirdik.

İstər ictimai nəqliyyat, istərsə də həyətdə istirahət zamanı əyləşdiyimiz oturacaqlar, özümüzdən yaşca böyük adam görən kimi ayağa qalxır, yerimizi ona göstərirdik. Bəzən onlar əyləşmək istəməyəndə, biz artıq həmin yerdə təkrar əyləşmirdik. Bunu özümüzə ar bilirdik ki, niyə biz oturacağıq, özümüzdən böyük adam bizim yanımızda ayaq üstündə dayanacaq. Gözləyirdik, həmin yaşlı adam biz olan yerdən uzaqlaşırdı, sonra əyləşirdik.

O vaxtlar ictimai binaların qarşısında su kranları vardı, qonşular ora su aparmağa, qab-paltar yumağa gəlirdi. Biz növbəmizi həmişə yaşlı qadınlara verərdik. Gözləyərdik, onlar işlərini görüb qurtarar, sonra biz su götürərdik və ya qab-qacaq, paltar yuyardıq. Hələ yeri gələndə yaşlı qadınlara su dolu vedrələri daşımaqda da kömək edərdik. Aparıb vedrələri düz evinə qoyub qayıdardıq öz işimizin ardınca. Nəinki vedrə daşımaqda, onlar bazarlıqdan ağır çantalarla gələndə də harada qarşımıza çıxdılarsa, əllərindən çantaları alar, evinədək aparar, orada onlara təhvil verərdik. Onlar da bizə alqışlar yağdırar, xoşbəxtlik, səadət arzulayardılar. Bizsə bu sözlərdən qürrələnər, onlara yardım, kömək etməyə davam edərdik ki, həmişə o xoş kəlamları yenə eşidək.

Bütün bunlar nəinki kənd yerlərində, böyük şəhərlərdə də belə idi. Hələ şəhərlərdə kəndlərdən fərqli olaraq üstünlük ondan ibarət idi ki, kənd yerlərində insanlar bir-birini tanıyaraq bunu edirdi, lakin şəhərlərdə isə tanımayaraq. Deməli, bu hansısa bir tanışlıqdan, yaxınlıqdan daha çox xalqımızın gözəl milli-mənəvi dəyərlərindən irəli gəlirdi ki, tanıdı-tanımadı hər kəs bir-birinə yol, yer verir, köməklik göstərirdi. Bütün bunlar illər, əsrlər boyu yaranmışdı, xalq bunu qoruya-qoruya nəsillərdən-nəsillərə ötürmüşdü. Odur ki, hər zaman zəngin dəyərlərimizlə qonşularımızdan və digər ölkələrin insanlarından fərqlənmişik.

Bəs bu gün?

Artıq illədir ki, bayaqdan bəri haqqında danışdıqlarım xeyli azalmağa başlayıb. Düzdür, indi də yaşlılara yol, yer verənləri görmək olur. Lakin bu, o qədər təsadüfi xarakter daşıyır ki, insanı düşünməyə vadar edir: bizə nə olub? Nə üçün dəyişməyə başlamışıq? Axı hər hansı xərc, pul tələb etməyən bir hərəkəti nə üçün artıq sadəcə etmirik? Bundan bizi çəkindirən nədir, milli dəyərlərimizi bizə unutduran nədir?

İndi baxırsan ki, ictimai nəqliyyat qarşısında bir yaşlı, bir cavan adam var. Cavan olan özünü qarşıya verib yaşlıdan əvvəl avtobusa qalxır. Yaşlı da onun ardınca. Və yaxud da olsun küçədə, hansı bir yerdə artıq yaşlıların keçməsini gözləyən çox az sayda adam qalıb. İctimai nəqliyyatda yerindən qalxıb özündən yaşca böyük adama yer verən çox az adam var.

Müasir dövrdə əksər gənc ictimai nəqliyyata daxil oldu, özünə bir yer tapıb əyləşdimi, telefonunun alır əlinə, başını salır aşağı. Yəni ki, məşğulam, heç kimi görmürəm. Qarşısında ata-anası, hətta nənə-babası yaşda adamın dayandığının guya ki, fərqində deyil. Və yaxud da azyaşlı uşaq dayanır qarşısında, hansısı ki, əyləşdiyi oturacaq ona aiddir, lakin yerindən qalxan olmur ki, uşaq öz yerində əyləşsin. Yazıq uşaq mənzilbaşına çatanadək o tərəf-bu tərəfə aşır, birtəhər ki, nəqliyyatı tərk edir. Bizim əksər gənc isə özünü məşğul göstərərək əsla yerindən qalxmaq bilmir.

Yaxşı, deyək ki, məşğul idilər, ətrafda baş verənləri görməyiblər. Bəs qapı ağzında yaranan vəziyyətə nə ad verək? Həmin gənclər sanki qarşılarına məqsəd qoyur ki, qapıdan ilk olaraq özü çıxacaq. Odur ki, insanların arasından özünü qarşıya verə-verə irəliləyir və baxmayaraq ki, qapı ağzında özündən dəfələrlə böyük və kiçikyaşlı sərnişin var, onların qarşısına keçir və vaqonu və yaxud da avtobusu tərk edir.

Baxdıqca baxır və düşünürsən ki, nə üçün belə oldu? Axı illər öncəki gənclər başqa xarakterdə, tərbiyədə, düşüncədə idi. İndiki gənclər nə üçün belə olmalıdır? Axı onların hər ikisi də bu xalqın övladlarıdır. Sadəcə zaman fərqi var: bir neçə illər əvvəl və sonra. Yəni düşünəndə, illər nə etsin ki, insanların bir-birinə qarşı münasibəti bu qədər korlanıb. Deməli, zaman sadəcə ötür, dəyişən insanlardır. Özünü Avropa insanına bənzədən, guya ki, hüquqlarını anlayan insan...

Belə gedərsə əgər...

Hə dəfə küçədə, ictimai nəqliyyatda, market-mağazalarda, istənilən idarə, müəssisə və təşkilatlarda bu kimi hallarla rastlaşanda, adamın ürəyindən qəribə bir sızıltı keçir. Sanki heyfsilənirsən. Nəyə? Dünənlə bu gün arasında olan fərqə. Əsrlərlə yaşatdığımız, lakin son 10-15 il ərzində əlimizdən verdiyimiz dəyərlərə heyfi gəlir adamın.

Bəlkə də məni qınayanlar olar. Lakin hər iki dövrün şahidi olanlar nə demək istədiyimi gözəl anlayar. Biri var qarşında bir-birinə sayğı ilə yanaşan insanları görəsən, biri də var, bir-birinə etinasız insanları. İllər uzunu özündən böyüyə yol, yer verən, yükünü daşımağa kömək edən, böyük görəndə ayağa qalxan, o getməyənədək oturmağı özünə ar bilən gənclərin fonunda bunların heç birini əsla düşünməyən bəzi gəncləri görəndə heyfsilənməyib, nə edəsən?

Bəzən irad tutursan, lakin qarşılığında elə cavab alısan ki, elə yerindəcə mıxlanıb qalırsan. Lakin buna baxmayaraq iradlardan qalmamalıyıq. Hər birimiz belə hallara qarşı mübarizə aparmalıyıq. Bir dəfə, iki dəfə, üç dəfə deməklə, inanıram ki, həmin o bəzi gənclərimiz də bu ənənələrimizi davam etdirən gənclərdən ibrət alacaq və onlara qoşulacaq. Nəticədə isə əldən getməkdə, unudulmaqda olan bir mənəvi dəyərimizi yenidən qazanmış olacağıq.

Bu və bunun kimi elə dəyərlər var ki, bunları görüb keçmək günahdır. Ona görə ki, xalqımız bu dəyərləri yaşatmağa illər sərf edib. Belə olan təqdirdə dəyərlərimizin asanlıqla əlimizdın çıxmasına göz yuma bilmərik.

Böyüyə yol, yer vermək, onlara qarşı diqqətli olmaq hər kəsin borcudur. İstər yeniyetmə-gənc olsun, istər orta nəslin nümayəndələri. Kim kimdən yaşca kiçikdirsə, özündən böyüyün yolunu gözləmək, ona sayğı ilə yanaşmaq borcudur.

Gəlin qoymayaq, milli-mənəvi dəyərlərimizə bicə zərbənin belə vurulmasına qarşı çıxaq. Bu, bizim sabahımız və gələcəyimiz üçün qazancımız deməkdir: mənəvi qazancımız. Eyni zamanda keçmişimizin yaşadılması, nəsillərdən-nəsillərə ötürülməsi deməkdir ki, bunu etməyə hər bir vətəndaş borcludur.

Mətanət Məmmədova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 13 Yanvar 2025 14:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan və Türkmənistan qarşılıqlı əməkdaşlığı Avrasiya logistik sisteminin dayanıqlı inkişafı üçün mühüm amilə çevrilə bilər EKSPERT

29 May 2025 21:48see133

Kiyevdə məşhur amerikalının başına balkon düşdü Foto

29 May 2025 19:52see128

Ruslar bu yay uğursuz olsa, üsyan başlayacaq Xarebin

30 May 2025 09:01see124

Rusiya Serbiyanı Ukraynaya gizli sursat verməkdə ittiham edir...

29 May 2025 19:16see124

Çin Kiyevə Mavic dronlarının satışını dayandırır

29 May 2025 21:16see122

Çelsi Joao Feliksdən qurtulmağın yollarını axtarır

31 May 2025 01:21see118

Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının təşviqi” adlı layihə çərçivəsində ekspert görüşü FOTOLAR

29 May 2025 21:55see118

Xaricdə Azərbaycan əleyhinə çıxışlar edən mühacirlərin ölkəyə ekstradisiyası yalnız bu yolla mümkündür VACİB AÇIQLAMA KONKRET

30 May 2025 18:04see118

İran şahının sevimlisi olan Xalq artisti niyə yük maşınında qaçmışdı?

31 May 2025 09:00see118

Super Liqa klubunun yeni baş məşqçisi müəyyənləşib

29 May 2025 21:23see117

İspaniya təmsilçisi Fernando Torreslə müqavilə müddətini uzadıb

31 May 2025 02:02see116

Tramp Harvarda 30 gün vaxt verdi

29 May 2025 21:59see116

Serj Sarqsyan və kürəkəni 3 milyon dollar rüşvət almaqda ittiham olunur

29 May 2025 21:11see115

Milan Reyndersi rekord qiymətə sata bilər

30 May 2025 18:31see114

İsrail və HƏMAS arasında tarixi razılaşma...

29 May 2025 21:28see114

İrəvan separatçıları və qanuni hədəfimiz

31 May 2025 09:09see114

Sağlamlıq imkanları məhdud uşaqlara hədiyyələr verilib

30 May 2025 20:40see113

Fidan: Rusiya və Ukraynanın atəşkəslə bağlı tələbləri fərqlidir

29 May 2025 21:45see113

Maqnit qasırğası 24 saatdan çoxdur davam edir

30 May 2025 10:03see113

Gürcüstan Milli Kitabxanasında “Azərbaycan ədəbiyyatı guşəsi” yaradılıb

30 May 2025 13:42see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri