İran zənginləşdirilmiş uranı Rusiyaya təhvil verməyə hazırdır
Yeniavaz saytına istinadən Icma.az xəbər verir.
İran 400 kq yüksək zənginləşdirilmiş uranı ABŞ-yə deyil, Rusiyaya təhvil vermək şərti ilə nüvə proqramını uzunmüddət üçün dondurmağa razılıq verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Al-Arabiya” telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, bu, İranın Pakistan vasitəsilə Vaşinqtona çatdırılan yenidən işlənmiş sülh təklifinin əsas detallarından biridir.
“Al-Arabiya”ya sızan məlumatlara görə, yenidən işlənmiş İran təklifi Tehranın nüfuzunu qorumağa imkan verəcək siyasi ifadələrlə uzunmüddətli, çoxmərhələli atəşkəsi nəzərdə tutur.
Son təkliflərə görə, İran nüvə proqramını tamamilə ləğv etməmək şərti ilə dondurmağa hazırdır. Ancaq 400 kq yüksək dərəcədə zənginləşdirilmiş uran ABŞ-yə deyil, Rusiyaya təhvil verilməlidir.
Hörmüz boğazına gəldikdə, İran Pakistan və Omanla birlikdə tədricən və təhlükəsiz şəkildə açılış təklif edir. Bundan əlavə, İran dəniz yolunu nüvə məsələsindən ayırmağı irəli sürür.
Nüvə proqramı və uranın zənginləşdirilməsi kimi daha mürəkkəb məsələlərin gələcək danışıqlar mərhələlərinə qədər təxirə salınması nəzərdə tutulur.
“Axios” portalına görə, ABŞ rəsmiləri yenidən işlənmiş təklifi əvvəlki versiya ilə müqayisədə yalnız kiçik bir irəliləyiş hesab edirlər. Onlar bu təkliflərin razılığa gəlmək üçün kifayət olmadığını irəli sürürlər.
Bu mövzuda digər xəbərlər:İran zənginləşdirilmiş uranı Çinə təhvil verməyə hazırdır İDDİA
26 May 2026 13:38
İran uranı Rusiyaya verməyə hazırdır VSJ
18 Fevral 2026 09:28
İran zənginləşdirilmiş uranı ABŞ yə verməyə hazırdır TRAMP
08 May 2026 08:16
Trampdan SENSASİON AÇIQLAMA: İran zənginləşdirilmiş uranı ABŞ yə təhvil verməyə razılaşıb
17 Aprel 2026 13:10
İran yüksək zənginləşdirilmiş uranı zəiflətməyə hazırdır Əraqçi
13 İyun 2026 02:40
Baxış sayı:98
Bu xəbər 19 May 2026 16:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















