Icma.az
close
up
RU
İrana Şirlər milləti zərbəsi: “Xamenei də yatdığı yerdə öldürülə bilər”

İrana Şirlər milləti zərbəsi: “Xamenei də yatdığı yerdə öldürülə bilər”

Ayna saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İlham İsmayıl: “İran İsrailə qarşı addımlarında mülki obyektləri hədəf alarsa, mülki insanların ölümü baş verərsə, hadisələr böyüyəcək”

İsrail Hərbi Hava Qüvvələrinin 200-dən çox qırıcısı iyunun 13-nə keçən gecə ərzində İranda 100-dən çox hədəfə hücum edib. Zərbələr nəticəsində İranın bir sıra yüksək rütbəli hərbçisi, rəsmi şəxsləri və nüvə sahəsi üzrə alimləri, həmçinin dinc sakinlər həlak olub. Həlak olanlar arasında İran ordusunun Baş Qərargah rəisi, general Məhəmməd Baqiri həlak olub. Eyni zamanda, hava zərbəsi nəticəsində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandiri, general Hüseyn Səlami həlak olub. İsrailin hələ də İranın hərbi hədəflərinə, nüvə obyektlərinə zərbələr endirdiyi barədə məlumatlar var.

İran İsrailin hücumlarına cavab veriləcəyini bəyan edib və cəzanın sərt olacağı vədini verib. İran İsrailin zərbələri fonunda qırmızı “qisas bayrağı”nı qaldırıb. Bayraq müqəddəs şiə şəhəri sayılan Qumdakı Cəmkəran məscidi üzərində qaldırılıb. Bildirilib ki, şiə ənənəsində qırmızı bayraqlar öldürülən şəxsin qisasını almaq çağırışını simvollaşdırır.

Bununla yanaşı, İranın Ali Rəhbəri Seyid Əli Xamenei xalqa müraciətində deyib ki, “İran Silahlı Qüvvələri İsrailin hücumunu cavabsız qoymayacaq”. O eyni zamanda, Silahlı Qüvvələrin yüksək hazırlıq vəziyyətinə gətirilməsini tapşırıb.

İranın Böhran Vəziyyətlərində İdarəetmə Qərargahı isə öz növbəsində vətəndaşları sakit olmağa, ictimai asayişin qorunması məqsədilə narahatlığa səbəb olacaq hər hansı hərəkətdən çəkinməyə, yalnız rəsmi və etibarlı məlumatlara diqqət yetirməyə, rəsmi xəbərləri və göstərişləri yalnız milli mediadan, etibarlı kommunikasiya kanallarından və rəsmi mediadan almağa çağırıb. Qurum, həmçinin kiberməkanda fəaliyyət göstərən fəallardan vəzifələrini yerinə yetirdikləri zaman ictimaiyyətin psixoloji təhlükəsizliyini əsas götürmələrini istəyib.

İsrail isə təhlükəsizliyini təmin etmək üçün əməliyyatların davam etdiriləcəyini bildirib. Ekspertlər İsrailin bu hücumu ilə İsrail-İran müharibəsinin başladığı qənaətini bölüşürlər. Proseslərin axarı ilə bağlı təxminlər isə müxtəlifdir.

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl AYNA.AZ-a müsahibəsində bildirib ki, İsrailin hücumuna hazırlıqsız yaxalanan İranın səriştəsizliyi özünü göstərir:

- Bilirsiniz, İran o qədər səriştəsizdir ki, İsrail komandanları, nüvə alimlərini istədiyi vaxt evlərində, yatdıqları yerdə zərərsizləşdirə bilir. Düzdür, HƏMAS lideri İsmayıl Haniyənin tehranda öldürülməsi timsalında bunu görmüşdük. Amma İran bundan dərs çıxarmayıb. İsrail İranın “açar” şəxslərini sıradan çıxarmaq gücündə olduğunu göstərmiş oldu. Baş Qərargah rəisini, SEPAH baş komandanını yerindəcə öldürülməsi İranın İsrail qarşısında nə qədər aciz olduğunu göstərir. İsrail Ali Rəhbər Xameneini də öldürə bilərdi, amma məncə, burada ABŞ-ın çəkindirici rolu olub.

Maraqlısı odur ki, İsrailin İrana hücum edəcəyi ehtimalı yüksək idi. ABŞ vətəndaşlarına dünən, ondan əvvəlki gün çağırış etməklə əslində belə bir əməliyyatdan xəbərdar idi. İran belə bir əməliyyatdan necə ola bilir ki, xəbərdar olmasın və hazırlıqsız yaxalansın. Bu səriştəsizlik İranda 1978-ci ildən, İslam inqilabından bu yanadır davam edir. Molla rejimi proksi qüvvələr vasitəsi ilə düşmən bildiyi ölkələrə qarşı təxribatlar həyata keçirirdi, elə bilirdi ki, savaş İran ərazisinə keçməyəcək. Amma proksi qüvvələr sıradan çıxarıldı və indi müharibə İran ərazisinə keçib. Hesab edirəm ki, son 30 ildə İran ən ağır və ən zəif günlərini yaşayır.

- Amma İran qırmızı “qisas bayrağı” qaldırıb, eyni zamanda, Ali Rəhbər xalqa müraciətində İsrailin addımlarına cavab veriləcəyini bəyan edib...

- İran hər zaman qisas alacağına söz verib. Hansısa məsvidin üzərində “qisas bayrağı” qaldırmaq İsrail kimi dövlətə heç bir təsir etmir. Ona görə də, bu vədlər mənasızdır. Bundan əvvəl də qisas vədi verilib, İsrailə bir neçə dənə raket atılıb, onlar da İsrail tərəfindən zərərsizləşdirilib. İran hakimiyyəti də xalqa deyib ki, “biz qisas üçün addım atdıq, amma raketlərimiz vuruldu”. Yəni daxili auditoriyaya hesablanmış addımların atılacağı gözləniləndir. Amma bunun effekt verəcəyi inandırıcı deyil. Eyni zamanda, artıq İran xalqı da başa düşür ki, vəziyyət çətindir. Bu baş verənlər İran daxilində xaosa gətirib çıxara bilər. Vətəndaşlar düşünürlər ki, dövlətin ali rəhbərliyi, komandanlığı, generaliteti müdafiə oluna bilmir, öldürülürsə, dövlət vətəndaşını necə müdafiə edəcək? Təsəvvür edin ki, generallar özlərini müdafiə edə bilmirlər, sadə vətəndaşı necə müdafiə edəcəklər? Ona görə də İranın daxilində problemlər daha da çoxalacaq.

- İsrailin gecə vaxtı əməliyyat keçirməsi, hərbi obyektlərlə yanaşı, mülki obyektlərə də zərbə endirməsi müharibə qaydalarına nə dərəcədə uyğundur?

- Əlbəttə, İsrail günahsız deyil. Mülki obyektlərin vurulması doğru deyil və bu təqdir edilə bilməz. Amma günahın ən böyüyü məhz İrandadır. İran varlı ərəb ölkələri kimi normal ölkə ola bilməzdi ki?! Tehran rejimi mütləq gərək hər kəsi qarşısına alaydı? İran deyir ki, “İsraili bir dövlət kimi yer üzündən siləcəyik”. İsrail da deyir ki, “İran nüvə silahı əldə etdikdən sonra məni yer üzündən silməyə çalışacaq”. Bunun baş verməməsi üçün də qabaqlayıcı addımlar atır, nüvə obyektlərini zərərsizləşdirir. Təbii ki, İsrail ona qarşı təhlükə yaradacaq, potensial təhlükə ocaqlarını məhv etməkdədir. Yenə deyirəm, İsrail günahsız deyil, amma İran da mələk sayılmamalıdır. Vacibdir ki, bir dövlətin əsas hədəfi başqa bir dövləti yer üzündən silmək olsun?!

- Bundan sonrakı addımlar nələr ola bilər?

- Yenə deyirəm, İran qisas almağa cəhd göstərəcək. Xameneinin ilk açıqlamasına diqqət etmək lazımdır. Ali Rəhbər bildirdi ki, “İran ordusuna İsrailə qarşı addım atmasına heç bir qadağa qoymuram”. Xamenei dolayısı ilə deyir ki, İsrailin istənilən nöqtəsinə zərbə vurula bilər: yəni ki, hərbi obyektlərlə yanaşı, mülki obyektlər də vurula bilər. Ali Rəhbərin bu mesajına təbii ki, İsrail sakit yanaşmayacaq. Ola bilər ki, Xameneinin özü də yatdığı yerdə vurulsun.

Burada iki ölkənin yox, güc ölkələrinin, başda da ABŞ olmaqla, çox önəmli rolu olmalıdır. ABŞ həır iki tərəfə çağırış edərək sakitləşdirə bilsə, bəlkə də əməliyyatlar dayanacaq. Amma hiss olunur ki, əməliyyatlar davam edəcək. İsrail tərəfdən də, İran tərəfdən də verilən bəyanatlar bunu deməyə əsas verir. Əməliyyatın adına da diqqət yetirmək vacibdir – “Şirlər milləti”. Görünür İsrail əməliyyata bu adı sıradan seçib qoymayıb. Baş nazir Benyamin Netanyahu israillilərə müraciətində bildirdi ki, savaş uzun çəkə bilər. Bu o deməkdir ki, nüvə silahı əldə etmək istəyən İranı İsrail dayandırmaq üçün döyüşəcək. İran nüvəni zənginləşdirməkdən tamamilə imtina etməlidir. Yoxsa iran ətrafını hədələməklə uzağa gedə bilməz. İran rejiminin apardığı yanlış siyasət indi İranı yandırır. İsraili günahlandırmaq olar: Qəzzada törətdiklərinə, mülki insanları öldürdüyünə görə. Amma İran-İsrail gərginliyinin əsas səbəbkarı İranın “bu ölkəni yer üzündən siləcəyik” ideyasıdır. Proseslərin davamı ilə bağlı proqnoz vermək çətindir. Amma bu hücumlar bir neçə gün, hətta bir neçə həftə davam edə bilər. Əgər İran İsrailə qarşı addımlarında mülki obyektləri hədəf alarsa, mülki insanların ölümü baş verərsə, hadisələr böyüyəcək. Bundan sonra məsələyə ABŞ da müdaxilə edəcək. Perspektivdə mümkündür ki, İranda rejimin dəyişdirilməsi üçün çevriliş də olsun.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:187
embedMənbə:https://ayna.az
archiveBu xəbər 13 İyun 2025 18:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see301

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see290

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see287

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see257

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see243

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see240

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see234

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see230

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see222

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see220

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

06 Noyabr 2026 22:30see213

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see212

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see209

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see208

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see203

Qadınlar niyə 40 yaşından sonra daimi yorğunluq hiss edirlər?

06 Noyabr 2026 21:51see202

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see201

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see198

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see195

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri