İrana yox, o ölkəyə diqqət edin, ələ keçirmək istəyirlər Zaxarova
Turkstan.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Avropa İttifaqı (Aİ) İranla bağlı vəziyyəti şərh etməkdənsə, diqqətini Qrenlandiyaya yönəltsə, daha yaxşı olar”.
Turkustan.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
“Avropalı rəsmilərə sualım var: təxminən bilirlərmi ki, Qrenlandiya harada yerləşir, İran harada? Özlərinə sual vermək istəmirlərmi ki, niyə dünyanın tamam başqa hissəsində, onlardan - Qrenlandiyadan da daha uzaqda yerləşən İranla bağlı vəziyyəti şərh edirlər? Niyə Avropa İttifaqı İrana bu qədər çox diqqət ayırır, Qrenlandiyaya isə bu qədər az?
Bəlkə indi bütün diqqəti Qrenlandiyaya yönəltmək lazımdır? Sizə elə gəlmirmi ki, İranla bağlı vəziyyət Avropa İttifaqı rəsmiləri üçün əhalinin diqqətini adanın referendum keçirilmədən alınmasından yayındırmaq üçün “xilaskar bəhanə”yə çevrilib?”, - Zaxarova vurğulayıb.
Qeyd edək ki, söhbət Danimarkaya məxsus yarımuxtar Qrenlandiya adasının ABŞ tərəfindən mümkün ilhaqından gedir. ABŞ Prezidenti Donald Tramp dəfələrlə dünyanın bu böyük adasının ölkəsinə birləşdiriləcəyinin mesajını verib./teleqraf
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 14 Yanvar 2026 11:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















