Icma.az
close
up
RU
İranda bu qədər kişi “qadın” oldu Hesabat

İranda bu qədər kişi “qadın” oldu Hesabat

Icma.az bildirir, Axar.az portalına istinadən.

İran transseksualların və cinsiyyətini dəyişdirənlərin sayına görə dünyada ilk yerlərdən birini tutur.

Axar.az xəbər verir ki, bu barədə əlaqədar səhiyyə qurumları və insan haqları təşkilatlarının hesabatlarında bildirilir.

Hesabatlara əsasən, hər il yüzlərlə insan bu əməliyyat üçün İran Məhkəmə Tibb Ekspertiza Təşkilatından icazə alır.

“Hər il cinsiyyət dəyişikliyi üçün müraciət edənlər arasında təxminən 800-dən çox insan bu əməliyyatın reallaşması üçün qanuni icazə almağa müvəffəq olur”, - hesabatda qeyd olunub.

Beynəlxalq tendensiyanın əksinə olaraq, İranda cinsiyyətini dəyişdirərək “kişi” olmaq istəyən və buna nail olan qadınların sayı daha çoxdur. Belə ki, cinsiyyət dəyişdirmək üçün müraciət edənlərin 60%-ı qadın, 40%-ı isə “kişi”dir.

Rəsmi statistikaya görə, son 10 ildə 6000 iranlı cinsiyyətini dəyişdirib, onlardan 3600-ü əməliyyat nəticəsində “kişi”, 2400-ü isə “qadın” olub.

İnsan haqları təşkilatlarının bildirdiyinə görə, real rəqəm göstəriləndən daha çoxdur və ictimai qınaq, ətrafın təzyiqi səbəbindən bir çox insan cinsiyyət dəyişikliyi barədə məlumat vermədən yaşayış yerlərini dəyişir.

Cinsiyyət dəyişikliyi əməliyyatları xərcinin hazırda təxminən 1 milyard 200 milyon tümən (təxminən 8000 dollar) civarında olduğu, ən çox əməliyyatların isə sıra ilə Məşhəd, Qum və Tehran şəhərlərində həyata keçirildiyi qeyd olunur.

Bununla yanaşı İslam Respublikasının transseksualların sayına görə də dünyada lider ölkə olduğu bildirilir.

Cinsiyyətini dəyişmək istəyən iranlıları narahat edən əsas məsələ isə əməliyyat xərclərinin çox olması və prosedurların uzun çəkməsidir.

Onlar əməliyyatın həyata keçirilməsi üçün psixiatrik prosedurlardan keçmək, ixtisaslaşmış qrupların təsdiqini almaq və nəhayət, İran Məhkəmə Tibb Təşkilatından rəsmi icazənin vaxt apardığından gileylənirlər.

Onların iddiasına görə, cinsiyyətini dəyişdirmək istəyənlər arasında Qum və Məşhəd şəhərlərində dini təhsil alan şəxslər və din xadimlərinin də sayı kifayət qədərdir.

Transseksuallar və cinsiyyətini dəyişdirən və ya dəyişdirmək istəyənləri narahat edən məsələlərdən biri də din xadimləri və dini təhsil alan tələbələrin maneələrlə üzləşməsidir.

Cinsi azlığa mənsub iranlılar xüsusən Qumdakı bəzi mərkəzlərin ölkədə dini təhsil alan xarici tələbələrə cinsiyyətlərini dəyişdirmək üçün yardım etdiklərini də iddia edib, vətəndaşlara qarşı ayrı-seçkilik edildiyindən gileyləniblər.

İranlı cinsi azlıq nümayəndələri eyni halda həmin mərkəzlərin müsəlman ölkələrindən transseksual və transgenderlərin İrana səfərlərini təşkil etdiklərini, onlardan həm də siyasi və ideoloji təbliğatçı kimi istifadə etdiklərini bildirirlər.

Qeyd edək ki, İranda cinsiyyət dəyişikliyinin şəriət baxımından da problemsiz olduğu barədə fitva və icazə var.

İranın keçmiş rəhbəri və islam inqilabının banisi Ayətullah Ruhullah Xomeyni hələ 1964-cü ildə “Təhrir əl-Vəsilə” kitabında cinsiyyət dəyişikliyinin “caiz” (icazə verilən) olduğu barədə fitva verib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://axar.az
archiveBu xəbər 10 İyul 2026 14:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see491

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see443

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see342

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see292

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see283

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see279

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see274

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see267

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see250

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see241

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see235

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see228

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see224

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see220

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see215

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see212

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see211

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see200

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see200

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri