Icma.az
close
up
RU
İranda “erməni matahlığı”

İranda “erməni matahlığı”

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Sayca az olsalar da, imtiyazları azərbaycanlılardan çoxdur

İran coğrafiyası əsrlər boyu müxtəlif etnik qrupların məskəni olub. Təxminən, min il türk hakimiyyəti altında qalan İranda ən sıx məskunlaşan əhali bu gün də türklər hesab olunur. İranda etnik qrupların böyük əksəriyyəti şiə olsa da, sünnilər bölgə əhalisinin, təxminən, 10 faizini təşkil edir. Bundan başqa, qeyri-müsəlman əhalini təmsil edən mühüm azlıqlardan biri ermənilərdir. Müxtəlif mənbələrə görə, sayı 100–120 min arasında göstərilən erməni azlıq parlamentdə və yerli hakimiyyət qurumlarında öz nümayəndələri ilə təmsil olunur. Eyni zamanda, dini ayinlərini digər azlıqlara nisbətən daha rahat yerinə yetirirlər. İranda ermənilərin 200 kilsəsi fəaliyyət göstərir, 30 məktəbdə erməni dili tədris olunur...

Amma bu hüquq sayı 30–40 milyon arasında dəyişən Azərbaycan türklərinə verilmir. Bəzi universitetlərdə erməni dili və mədəniyyəti adlı kafedralar var. Erməni dilində kitablar, jurnallar nəşr olunur. İranın siyasi və ictimai həyatında ermənilərə geniş şərait yaradılıb. Tehranda yalnız ermənilərə xidmət edən “Ararat” adlı böyük xəstəxana var. Ermənilərə aid bir neçə şərab zavodu var ki, onların da ən böyüyü Urmiyadadır. Daim dini faktoru önə çəkmək və regionda dini liderlik rolunu öz üzərinə götürmək amili İran üçün o qədər də önəmli deyil. Türkiyə və Azərbaycan üçün həssas məsələlərdə İranın Ermənistanın yanında durması bölgənin problemlərinin həllinə mane olur.

Ermənilərin İranla əlaqələri Əhəmənilər dövrünə (e.ə.VI əsr) təsadüf edir. Əhəmənilər imperiyası dövründə Anadolunun fəthi ilə bir çox etnik qruplar, o cümlədən ermənilər İranın hakimiyyəti altına keçdilər. Əhəmənilər imperiyasından sonra Parfiya və Sasanilər dövründə də ermənilər İran torpaqlarında öz varlıqlarını davam etdirmiş və bu mədəniyyətlərlə intensiv əlaqədə olmuşlar. Xüsusilə, Sasanilər dövründə ermənilər bəzən müttəfiq, bəzən də müxalif qüvvə kimi İran tarixinin mühüm bir parçası olmuşlar. İranşünas erməni alimlər qeyd edirlər ki, İranda tarix boyu ermənilər farslarla həmişə həm maddi, həm də mənəvi təmasda olublar. İranda ilk erməni icmasının yaranması eramızdan əvvəl 3000-ci ilə aiddir. Onlar VI əsrdə Əhəmənilər dövründə ordu legionerləri kimi xidmət etmişlər. I Daranın dövründə ordu içərisində erməni sərkərdələr də olub. Ermənilər əsasən Təbriz, Mərənd, Urmiya, Marağa, Salmas, Maku və Qaradağda yaşayırdılar.

Onların İrana ilk köçü eramızın III əsrində Sasani padşahı Ərdəşirin dövründə baş verib. Bu köç Şapurun hakimiyyəti zamanında da davam edib. Buradan gələn mühacirlərin əksəriyyəti Xuzistanda və ölkənin cənub-qərbində məskunlaşıb. Bəzi tarixçilərə görə, miladın 1048–1049-cu

illərində Səlcuqlular təxminən 150 min ermənini əsir götürərək İrana gətiriblər. Monqolların İrana hücumları zamanı iranlılar kimi ermənilər də kütləvi şəkildə qətlə yetirilib və onların sayı xeyli azalıb. Lakin bir müddət sonra monqollar buraya yeni erməni əsirləri gətiriblər və bunun nəticəsində İranda ermənilərin sayı artıb. Monqol hakimiyyətinin sonlarına doğru ölkədə sülh hökm sürür və erməni icması Təbriz, Sultaniyyə, Mərənd, Marağa, Rəşt və Rey kimi şəhərlərdə yaşamağa davam edib. İranda Elxanilər dövründə ən böyük erməni icması İranın paytaxtı Sultaniyyədə ticarət və sənaye ilə məşğul olurdu. Ağqoyunlu və Qaraqoyunlu dövlətləri arasında uzun sürən müharibələr zamanı iranlılar və ermənilər İran və Osmanlıların nəzarəti altında idi. Səfəvilər dövründə, 1555-ci ildə Amasiya müqaviləsinin imzalanması ilə ermənilərin bir hissəsi İran, digər hissəsi isə Osmanlı hakimiyyətinin tabeliyinə keçib.

Birinci Dünya müharibəsi illərində Şərqi Anadolu, Qafqaz və Rusiyadan İrana daxil olmuş haylar Təbriz və Səlmasdan gələn ermənilərlə birlikdə Tehran ətrafında məskunlaşdıqları və bununla da saylarının artdığı iddia edilir.

Ermənilərin tarix boyu İran mərkəzli dövlətlərlə əlaqələri hazırda bu ölkədə ermənilərin mövcudluğunun əsas təməllərindən biri hesab olunur. Bu kontekstdə hay mənbələri İranda erməni əhalisinin 70 min ətrafında olduğunu göstərərkən, bəziləri bu rəqəmin 20-25 min olduğunu bildirirlər. Ehtimal olunur ki, İranda erməni əhalisinin sayının süni surətdə artırılması parlamentdə iki erməni nümayəndəsinin olması üçün edilir. Bu, guya, plüralizmə hörməti vurğulamaq məqsədi daşıyır. Lakin İranın dövlət qurumlarının erməni əhali ilə bağlı təqdim etdiyi heç bir məlumata rast gəlinmir. Yəni İran bu cür məlumatların paylaşılması ilə bağlı şəffaf siyasət yürütmür.

Ermənilərin xristianlığı qəbul etməzdən əvvəl zərdüştiliyə inandıqları hamıya məlumdur. Onların xristianlıqla əlaqəsi Bizans imperiyası dövrünə gedib çıxır. Ermənilər xristianlığı IV əsrdə qəbul edib, təxminən, yarım əsr sonra Bizans kilsəsindən ayrılıblar. Bu ayrılıq türklərin Anadoluda məskunlaşma siyasətini həyata keçirdikləri dövrə qədər ermənilərlə Bizans arasında davam edən qarşıdurmalara yol açıb. Bu münaqişələr nəticəsində ermənilər assimilyasiya və deportasiya proseslərinə məruz qalıblar. Lakin türklərin Anadolunu fəth etməsindən sonra digər qeyri-müsəlman ünsürlərdə olduğu kimi, ermənilərin dilinə və dini inanclarına heç bir müdaxilə edilməyib. Bu kontekstdə məhz tolerant türk idarəçiliyi sayəsində ermənilərin etnik və dini kimliklərinin Bizans assimilyasiyasından qorunduğunu söyləmək olar.

Ermənilərin tarix boyu İranın ticarət sahəsində fəal rol oynadıqları məlumdur. Qacarlar dövründəki intensiv ticarət fəaliyyəti buna misal göstərilə bilər. Bu baxımdan erməniləri İranın xarici aləmə açılan qapısı kimi qələmə vermək yanlış olmaz. Çünki, həmin dövrdə ermənilər İranın xarici ölkələrlə ticarətində vasitəçilik edirdilər.

İranın əvvəlki hakimiyyətləri də bölgədə yaşayan qeyri-müsəlmanların öz dini ayinlərini sərbəst yerinə yetirmələrinə mane olmamış və bu səbəbdən onların ibadət yerləri qorunub saxlanılaraq günümüzə qədər gəlib çatmışdır. Bu gün İranda ermənilər konstitusion hüquqlar çərçivəsində özlərinin Qriqorian kilsələrində ibadətlərini davam etdirirlər. Bu ibadət yerlərindən biri də İsfahanın Culfa erməni məhəlləsindəki Vank kilsəsidir.

(ardı var)

Qafar ÇAXMAQLI,
XQ-nin Türkiyə müxbiri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:201
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 13 May 2025 10:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see332

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see311

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see289

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see282

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see273

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see237

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see228

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see224

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see219

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see218

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see212

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see198

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see185

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see176

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see172

Azərbaycan millisi Litvanı qəbul edir YENİLƏNİR

04 Oktyabr 2026 08:15see172

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

04 Oktyabr 2026 05:06see165

Konqo DR Səhiyyə Nazirliyi: Ebola epidemiyasının piki geridə qalıb

04 Oktyabr 2026 06:15see163

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see162

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri