İranda futbol matçında oyunçulardan birinin anası meydançaya qaçıb hakimin sifətinə zərbə endirdi
Oxu.az saytına istinadən Icma.az xəbər verir.
İranın Tehran şəhərində yerli futbol komandaları arasında keçirilən oyun zamanı gözlənilməz hadisə baş verib. "Setareqan-e Sorx" - "Yaran-e Fərhad" oyununda hakimin qərarı futbolçulardan birinin anasının etirazına səbəb olub.
Bu barədə "Azad İran" "Telegram" kanalı xəbər verir.
Məlumata görə, matç zamanı "Setareqan-e Sorx"un əsas qapıçısı meydandan kənarlaşdırılıb. Onun yerini ikinci qapıçı tutub və daha sonra o, hakimlə mübahisəyə başlayıb. Bu zaman insident baş verib, qapıçının anası emosiyalarını saxlaya bilməyib və qaçaraq meydançaya girib.
Ən təəccüblüsü odur ki, qadın hakimə hücum edərək, onun sifətinə zərbə endirib. Hadisə azarkeşlər və oyunçular arasında çaşqınlıq və təşvişə səbəb olub.

Son dəqiqə! İsrail yenidən İranda hərbi obyektə zərbə endirdi
22 İyun 2025 16:07
İsrail İranda 6 aviabazaya zərbələr ENDİRDİ
23 İyun 2025 11:02
İsrail İranda raket buraxılış məntəqələrinə silsilə zərbələr endirdi
17 İyun 2025 23:35
İranda futbol meydançası helikopterlə qurudulub
07 Aprel 2025 15:52
İranda futbol qarşılaşması qanlı davaya çevrildi
27 Yanvar 2025 16:19

