Icma.az
close
up
RU
İranda məcburi hicab ləğv edilib, ya yox..?

İranda məcburi hicab ləğv edilib, ya yox..?

Icma.az, Modern.az saytına istinadən bildirir.

Son günlər İran mediasında və sosial şəbəkələrdə məcburi hicabın ləğvi ilə bağlı yayılan xəbərlər ictimai müzakirələrə səbəb olub.
Məlumatlarda bildirilir ki, artıq İranda hicab taxmaq məcburiyyəti yoxdur və bu qaydanı pozanlara qarşı cəza tədbirləri tətbiq edilməyəcək. Xəbərlərin mənbəyi kimi İran Məsləhət Şurasının üzvü Məhəmmədrza Bahonərin sözləri göstərilir. Lakin bu məlumat tam şəkildə reallığı əks etdirmir.
Modern.az xəbər verir ki, Məhəmmədrza Bahonər mətbuata açıqlamasında bildirib ki, “Hicab və İffət” qanununun icrası hüquqi baxımdan mümkün deyil, çünki Ali Milli Təhlükəsizlik Şurası qanunun rəsmi elan olunmasını dayandırıb. 

Onun sözlərinə görə, hazırda bu qanuna əsaslanan cərimə və cinayət tədbirləri həyata keçirilmir və bu barədə polisə də məlumat verilməlidir.

Lakin Bahonərin bu açıqlaması hicabın tam ləğv olunduğu anlamına gəlmir. Belə ki, “Hicab və İffət” qanunu hazırda icra olunmasa da İranda hicab məcburiyyətini təsbit edən əsas hüquqi baza hesab edilən Cinayət Məcəlləsinin 638-ci maddəsi qüvvədə qalır. Bu maddə ictimai yerlərdə hicab taxmamağı “ictimai ədəbə zidd davranış” kimi müəyyən edir və inzibati cəza tədbirləri nəzərdə tutur.

Qeyd edək ki, “Hicab və İffət” qanunu 2023-cü ildə parlamentdə qəbul olunub, 2024-cü ildə təsdiqlənməsi gözlənilirdi. Qanun hicab qaydalarına əməl etməyənlər üçün sərt sanksiyalar nəzərdə tutur. Onlar arasında cərimələr, həbs, səyahət qadağaları, iş yerlərinin bağlanması və hətta ictimai nəzarət sistemlərinin yaradılması kimi mexanizmlər vardı. Qanun ictimai ədəb və əxlaq normalarını qorumaq məqsədi ilə təqdim olunsa da, həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə ciddi narazılıqlara səbəb olmuşdu. Ali Milli Təhlükəsizlik Şurasının qərarı ilə qanunun icrası 2025-ci ilin yazında dayandırılıb. Rəsmilər bu addımı ictimai gərginliyin artmasının qarşısını almaq üçün atıblar. Qanunun tətbiqinin dayandırılması ölkədə yeni cəza tədbirlərinin icrasını müvəqqəti olaraq mümkünsüz edib. 

İran Məsləhət Şurası isə bu kimi məsələlərdə qərarverici orqan deyil. Şura parlament və Şura-ye Negəhbən arasında yaranan hüquqi mübahisələri həll edir və Ali Liderə məsləhət xarakterli tövsiyələr verir. Buna görə Bahonərin açıqlaması rəsmi qərar deyil, mövcud hüquqi vəziyyətə dair şəxsi şərh hesab olunur.

Bahonərin çıxışı ölkə daxilində birmənalı qarşılanmayıb. Reformist dairələr bunu sosial dəyişimin əlaməti kimi görsələr də, mühafizəkar qüvvələr bu fikirləri sərt tənqid ediblər. “Kayhan” qəzetinin baş redaktoru Hüseyn Şəriətmədari Bahonərin açıqlamasını “İslam Respublikasının əsas prinsiplərinə zidd” adlandırıb və hicabın “rejimin ideoloji dayağı” olduğunu vurğulayıb.

Yekun olaraq, “Hicab və İffət” qanununun icrası dayandırılıb, amma hicabın hüquqi məcburiyyəti hələ də qanunvericilikdə var.  Yəni, yeni cərimə mexanizmləri işləmir, lakin köhnə qanun hələ də qüvvədədir.
 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:244
embedMənbə:https://modern.az
archiveBu xəbər 06 Oktyabr 2025 15:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see332

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see326

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see309

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see308

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see291

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see291

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see289

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see274

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see254

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see243

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see241

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see239

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see238

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see238

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see229

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see226

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see210

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see207

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see186

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri