Icma.az
close
up
RU
İranda məcburi hicab tələbi ləğv edilib? AÇIQLAMA KONKRET

İranda məcburi hicab tələbi ləğv edilib? AÇIQLAMA KONKRET

Icma.az bildirir, Konkret.az portalına istinadən.

İran Prezidenti Məsud Pezeşkian hökumət rəsmiləri və media nümayəndələri ilə görüşündə bildirib ki, hicab məsələsini zor tətbiq etməklə həll etmək mümkün deyil. Pezeşkian vurğulayıb ki, qadınları nə hicaba məcbur etmək, nə də hicabdan əl çəkməyə vadar etmək doğrudur. Prezident əlavə edib ki, məscidlər mədəniyyət qurmaq funksiyasını yerinə yetirməlidir, hicab mövzusu isə qarşıdurma ilə deyil, məntiq yolu ilə həll edilməlidir.

Prezidentin bu açıqlaması İranda hicab qanununun ləğv edilməsi kimi şərh edilib. Bununla yanaşı, sosial şəbəkələrin İran seqmentində qanunun ləğv edilmədiyi də vurğulanıb. Bəs İranda hicab qanunu ləğv edilib, ya yox?

KONKRET.az xəbər verir ki, mövzu ilə bağlı oxu.az-a danışan Güney azərbaycanlı fəal Aslan Sultani bildirib ki, İranda mövcud rejimin qurulmasında əsas məqsəd ölkədə şəriət qanunlarının qüvvəyə minməsi idi, hazırda da dövlət bu qanunlarla idarə edilir:

“Şəriət qanunları ilə idarə olunan ölkədə hicab məcburidir. Yəni konstitusiyada dəyişiklik olmadığı müddətdə qanun dəyişdirilə bilməz. Konstitusiyanın dəyişdirilməsi isə çətin məsələdir”.

“Bu məsələ, əsasən, qadınların hüquqları ilə bağlıdır. Bu baxımdan, hazırkı hökumət xanımlara daha çox azadlıq verməyə başlayıb. Məsələn, başlarını tam bağlamır, şal örtürlər, saçları görünür. Artıq əyləncə məclislərində rəqs edirlər və s.

Lakin bu azadlıq qeyri-rəsmi yerlər üçündür: küçələrdə, parklarda qadınlar başlarını bağlamadan gəzə bilirlər. Amma rəsmi yerlər üçün belə sərbəstlik məqbul deyil. Yəni qeyri-rəsmi şəkildə qadınların azadlıqlarına mane olmurlar, amma rəsmi olaraq hicab qanunu ləğv edilməyib. Bu, birbaşa ali rəhbərlik tərəfindən verilən qərardır ki, insanları çox sıxmaq lazım deyil. Çünki İranın vəziyyəti, onsuz da, yaxşı deyil, əks halda dövlət daha çox təzyiqlərə məruz qalar”, – deyə fəal əlavə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:221
embedMənbə:https://konkret.az
archiveBu xəbər 12 Oktyabr 2025 17:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see375

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see373

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see334

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see323

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see306

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see305

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see301

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see266

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see250

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see239

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see229

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see200

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see199

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see197

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see193

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see183

Xorvatiyada “Turan”a məğlubiyyəti şərh etdilər: “Evdə daha yaxşı oynayacağıq”

21 Oktyabr 2026 21:19see181

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see176

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see173

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri