Icma.az
close
up
RU
İranda nə qədər azərbaycanlı yaşayır?

İranda nə qədər azərbaycanlı yaşayır?

Icma.az bildirir, Turkstan.az saytına əsaslanaraq.

İran bu gün tarixinin ən mürəkkəb və gərgin dövrlərindən birini yaşayır. Ötən ilin 29 dekabrından ölkəni bürüyən kütləvi etirazlar, iqtisadi çətinliklər və siyasi təlatümlər fonunda minlərlə insan həyatını itirib. Təəssüf ki, bu hadisələr zamanı həlak olanlar arasında onlarla soydaşımız — İran azərbaycanlıları da var.

Turkustan.az xəbər verir ki, gərginliklər fonunda yenidən aktuallaşan sual isə budur: Əslində İranda nə qədər azərbaycanlı yaşayır?

​2025-ci ilin son məlumatlarına və BMT-nin proqnozlarına əsasən, İranın ümumi əhalisi 92 milyon nəfəri keçib. Bu, İranı həm ərazisinə, həm də əhalisinə görə regionun ən böyük dövlətlərindən birinə çevirir. Lakin rəsmi Tehranın statistikalarında etnik tərkib çox vaxt ümumi "müsəlman" və ya "İranlı" kimliyi altında verilir ki, bu da dəqiq rəqəmləri müəyyən etməyi çətinləşdirir.

​Müasir araşdırmalar və beynəlxalq hesabatlara əsasən İranın təxmini etnik mənzərəsi belədir:

Farslar 50% - 61%

Azərbaycanlılar 16% - 35% (mübahisəli)

Kürdlər 10%

Lurlar 6%

Bəluclar 2%

Ərəblər 2%

Türkmənlər və digər türk tayfaları 2%

Azərbaycanda illərdir populyar olan "30 milyon soydaşımız" ifadəsi sadəcə bir rəqəm deyil, həm də siyasi bir rəmzə çevrilib. Bəs bu rəqəm nə dərəcədə realdır?

​Rəsmi rəqəmlər olmasa da, İran demoqrafları azərbaycanlıların sayını adətən əhalinin 16-18%-i (təxminən 15-17 milyon) civarında göstərir. Amma müstəqil mərkəzlər, bir çox azərbaycanlı tədqiqatçı və milli fəallar bu rəqəmin 30 milyon, hətta 35 milyondan çox olduğunu bildirirlər.

​Qeyri-müəyyənliyin səbəbi isə onunla bağlıdır ki, İranda əhalinin siyahıyaalınması zamanı etnik mənsubiyyət soruşulmur. Bundan əlavə, Tehran, Kərəc və Məşhəd kimi böyük şəhərlərdə yaşayan milyonlarla azərbaycanlının asimilasiyaya uğraması və ya "farsdilli" kimi qeydə alınması rəsmi rəqəmləri aşağı salır.

​Soydaşlarımız təkcə tarixi Azərbaycan ostanlarında (Şərqi və Qərbi Azərbaycan, Ərdəbil, Zəncan) deyil, həm də ölkənin hər yerinə yayılmış halda yaşayırlar:

​Cənubi Azərbaycan bölgəsi: Təbriz, Ərdəbil, Urmiya, Zəncan.

​Mərkəzi bölgələr: Qəzvin, Həmədan, Əlburz.

​Paytaxt Tehran: Hesablamalara görə, Tehran əhalisinin azı 1/3-i azərbaycanlılardan ibarətdir.

​Rəqəmlər müxyəlif olsa da, bir faktı hər kəs qəbul edir - İranda azərbaycanlılar farslardan sonra ölkənin ən böyük və ə nüfuzlu etnik qrupudur. Onlar iqtisadiyyatdan tutmuş din və orduya qədər hər sahədə təmsil olunurlar.

​İranın gələcəyi və bölgədəki sabitlik üçün bu nəhəng kütlənin — on milyonlarla azərbaycanlının hüquqları və milli kimliyi hər zaman əsas faktor olaraq qalacaq. /modern.az/

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:363
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 18 Yanvar 2026 14:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see370

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see358

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see279

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see269

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see258

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see246

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see239

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see234

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see229

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see222

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see213

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see212

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see204

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see192

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see191

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see186

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see183

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see175

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see172

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri