Icma.az
close
up
RU
İranda yeni ali rəhbərin seçimi region üçün kritik önəm daşıyır

İranda yeni ali rəhbərin seçimi region üçün kritik önəm daşıyır

Icma.az bildirir, Sherg.az portalına istinadən.

İsrail və ABŞ-nin təhdidlərindən sonra İranın Ali rəhbəri Əli Xameneinin varisini müəyyən edəcək komissiya öz işini sürətləndirib. Bu barədə “Reuters” agentliyi xəbər verib. Yüksəksəviyyəli təhlükəsizlik rəsmisi bildirib ki, Xamenei ailəsi ilə birlikdə gizlənib və İnqilab Keşikçiləri Korpusunun təyinatlı bölməsi tərəfindən qorunur. 

Aparılan müzakirələrdən sonra iki öndə gedən şəxsin namizədliyi irəli sürülüb. Bunlardan biri Xameneinin 56 yaşlı oğlu Müctəba və Xomeyninin nəvəsi Həsəndir. İranda ali dini lider vəzifəsi təkcə siyasi rəhbərliyi deyil, həm də dini və ideoloji liderliyi özündə ehtiva edir. 

 

Politoloq Zeynal Əmrəliyev "Sherg.az"a deyib ki, yeni liderin kim olacağı regionun gələcəyi və İrandakı rejimin qorunub-saxlanılması baxımından da önəmlidir. Ekspert bildirib ki, "Reuters"in adını çəkdiyi hər iki namizəd İranda kifayət qədər tanınan və ailə bağları güclü olan şəxslərdir: 

"Hər iki şəxsin şansını çoxaldan və azaldan kifayət qədər amillər mövcuddur. Müctəba Xamenei İranın hazırkı ali rəhbəri Əli Xameneinin oğlu olması və mükəmməl dini təhsil alması səbəbi ilə hazırda əsas namizəd hesab edilir. Bundan başqa, onun şansını artıran daha bir amil isə SEPAH-a yaxın sima olmasıdır. Ali rəhbərin seçimində SEPAH-ın güclü təsiri nəzərə alınarsa, bu onun şansını artırır. Lakin Müctəba Xameneinin şansını azaldan amillər də az deyil. Əli Xameneinin oğlu olması onun şansını artırmaqla bərabər ciddi problemlərə də yol açır. Onun atasının yerinə gəlməsi Vilayəti - Fəqih sistemi ilə ziddiyət təşkil edir. Bu isə monoxtiyaya keçid kimi sayıla bilər. Eyni zamanda Müctəbanın xalq arasında nüfuzu zəifdir. Onun seçimi ciddi tənqidlərlə qarşılana bilər. Digər namizəd Həsən Xomeyni də həm İslam İnqilabının lideri Ruhulla Xomeyninin nəvəsi olması, həm də güclü dini təhsilinə görə şansı kifayət qədər böyükdür. Lakin onun da SEPAH və təhlükəsizlik orqanları ilə münasibətləri çox da yaxşı deyil".


Analitik qeyd edib ki, nəvə Xomeyni islahatçı qanada yaxındır və daha liberal siyasətin tərəfdarıdır:

 "Həsən Xomeynin Əli Xameneini dəfələrlə tənqid edib və buna görə 2016-cı il seçkilərində ali dini lideri seçən Xobregan Şurasına namizədliyi təsdiq edilməyib. Ancaq xalq arasında, xüsusilə gənclər içində nüfuzu güclüdür. SEPAH-dan və mühafizəkar çevrədən gələn güclü narazılıq onun ali rəhbərliyə gedən yolunu kəsə bilər. Həsən Xomeyninin hazırda islahatçı cinahın rəhbəri hesab edilən keçmiş Prezident Həsən Ruhani ilə yaxın münasibəti var. İranda Xomeynin təbliğatı məhz Ruhaniyə bağlı mediya qurumlarının vasitəsilə aparılır. İranın Ali Rəhbərinin varisi məsələsi təkcə daxili siyasi mübarizə deyil, həm də regional və qlobal güc balansına təsir edən strateji bir seçim olduğu üçün xüsusi önəm daşıyır".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://sherg.az
archiveBu xəbər 01 İyul 2025 10:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see384

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see293

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see271

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see258

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see255

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see248

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see244

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see243

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see237

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see228

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see217

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see206

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see204

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see203

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see202

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see201

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see201

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see191

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri