Icma.az
close
up
RU
İrandakı molla rejimi ölkəni dəhşətli duruma gətirib çıxarıb RƏY

İrandakı molla rejimi ölkəni dəhşətli duruma gətirib çıxarıb RƏY

Icma.az, Sherg.az saytına istinadən bildirir.

"Regionda vəziyyət getdikcə daha da qəlizləşəcək.Gözlənilən və gözlənilməyən situasiyalara hazır olmalıyıq"

“Müharibənin nəticələrini izləməklə bərabər, adekvat planlarımızın olması zəruridir. İranda baş verən hadisələr, müharibənin törətdiyi ağır fəsadlar, orada yaşayan 40 milyondan artıq soydaşımızın taleyi bizi düşündürür”.

Bu fikirləri “Sherg.az”a açıqlamasında Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm Bəydəmirli bildirib. Ə.Bəydəmirli qeyd edib ki, münaqişənin bu və digər formada Azərbaycana təsiri qaçılmazdır: 

- Çox mürəkkəb dini idarəetmə rejiminin İrandakı vəziyyəti normal hala gətirəcəyi, ölkəsini və əhalisini sağ-salamat qoruyub saxlayacağı inandırıcı deyil. İranda seçki yolu ilə seçilmiş prezident Məsud Pezeşkianın isə heç bir səlahiyyəti yoxdur. Baxmayaraq ki, onun böyük məsuliyyəti var. Sabahkı gün seçicilər ondan bu müharibəyə görə hesabat tələb edə bilərlər. Acı reallıqdır ki, İrandakı mürtəce molla rejimi ölkəni dəhşətli duruma gətirib çıxarıb. Gerçəkdən belə bir rejimin nüvə silahına sahiblənməsi region üçün böyük təhdid, qarşısıalınmaz fəlakət olardı. Amma bu müharibədə İran sərt idarəetmə rejimini yumşaltmasa, təhdid dolu bəyanatlarına son qoyub güzəştə getməsə daha böyük faciələrlə üzləşəcək. Məlum məsələdir ki, ABŞ prezidenti Donald Trampın həm dünya, həm də Orta Şərqlə bağlı strateji planları var. Özünə rəqib gördüyü Çini zəiflətmək, Venesuelada olduğu kimi, İranda da özünə loyal hakimiyyətin formalaşması Trampın hədəflərindədir. Onun bu istəyinə tamamilə nail olub-olmayacağını indi demək çətindir.

Regionda vəziyyət getdikcə daha da qəlizləşəcək.Gözlənilən və gözlənilməyən situasiyalara hazır olmalıyıq. İranda mənşəyi, ağası, nəsli-kökü bilinməyən silahlı dəstələrin Azərbaycan ərazisinə yenidən dron hücumu etməsi, digər təxribatlar törətməsi gözləniləndir. Azərbaycan Silahlı Qüvvələrinin suveren ərazilərimizə istənilən hücum cəhdinin qarşısını alacağına inanırıq. Həmçinin Cənub qonşumuzda gedən bütün prosesləri, müharibənin nəticələrini izləməklə bərabər, adekvat planlarımızın olması zəruridir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:128
embedMənbə:https://sherg.az
archiveBu xəbər 11 Mart 2026 13:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see370

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see358

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see279

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see269

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see258

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see246

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see239

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see234

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see229

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see222

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see213

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see212

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see204

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see192

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see191

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see186

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see183

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see175

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see172

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri