Icma.az
close
up
RU
Məşhur kardioloqun vəfatı ilə bağlı ŞOK DETALLAR KONKRET

Məşhur kardioloqun vəfatı ilə bağlı ŞOK DETALLAR KONKRET

Icma.az bildirir, Konkret.az saytına əsaslanaraq.

Bir neçə gün əvvəl gənc həkim, kardioloq Nurlana Əliyevanın (Nəbibəyli) qəfil vəfat etməsi ilə bağlı yeni detallar açıqlanıb.

Yaxın rəfiqəsi Mehriban Hüseynovanın sözlərinə görə, mərhumun bronxial astması olub və dekabrın 29-u gecə saatlarında səhhəti qəfil pisləşib. Məlumata görə, Nurlana Əliyeva qızını çağırıb və o, anasını yaxınlıqdakı “Medilux” Tibb Mərkəzinə aparıb. Lakin ailə üzvlərinin iddiasına əsasən, klinika tərəfindən qəbul edilməyib və Kliniki Tibbi Mərkəzə yönləndirilib. Bu hadisə insanlar tərəfindən birmənalı qarşılanmayıb və müəyən suallar yaradıb. Görəsən, “Medilux” Tibb Mərkəzi niyə xəstəni qəbul etməyib? Buna səbəb nə olub?

Məsələ ilə bağlı KONKRET.az -ın sorğusuna cavab olaraq “Medilux” klinikasından bildirilib ki, “pasiyentin qəbul edilməməsi” ilə bağlı yayılan məlumatlar həqiqətəuyğun deyil:

“26.12.2025-ci il tarixində, saat 16:06-da Baku Medical Plaza klinikalar şəbəkəsinin “Medilux” filialına Nurlana Əliyeva (Nəbibəyli) adlı pasiyent qəbul edilib. Onu klinikaya özünü pasiyentin qızı kimi təqdim edən Əliyeva Fidan adlı şəxs gətirib və məlumat verib ki, N.Əliyeva sirkə turşusu içib. Klinika tərəfindən Nurlana Əliyeva (Nəbibəyli) dərhal qəbul edilib və ona təcili ilkin tibbi yardım göstərilib. Aparılan ilkin tibbi qiymətləndirmə nəticəsində pasiyentə “uksusdan zəhərlənmə” diaqnozu qoyulub. Lakin pasiyentin vəziyyətinin təcili və ixtisaslaşmış tibbi müdaxilə tələb etdiyindən dərhal 103 Təcili Tibbi Yardım Xidmətinə məlumat verilib və N.Əliyeva müvafiq qaydalara uyğun şəkildə 103 TTY briqadasına təhvil verilib, ixtisaslaşmış stasionar tibbi müəssisəyə yönləndirilib. (Toksikoloji hallar zamanı pasiyentin ixtisaslaşmış stasionar tibbi müəssisəyə yönləndirilməsi mövcud tibbi protokollara uyğun olaraq zəruridir). Baku Medical Plaza Klinikalar şəbəkəsinin Medilux filiakı olaraq bildiririk ki, pasiyentin klinikaya qəbul edilməməsi ilə bağlı səsləndirilən iddialar həqiqəti əks etdirmir. Nurlana Nəbibəyli qeyd edilən tarixdə dərhal klinika tərəfindən qəbul edilib və lazımi ilkin tibbi yardım göstərilərək aidiyyatı üzrə istiqamətləndirilib. Baku Medical Plaza Klinikalar şəbəkəsi bütün pasiyentlərə qarşı etik normalara, tibbi protokollara və qanunvericiliyin tələblərinə uyğun fəaliyyət göstərir”, – deyə açıqlamada vurğulanıb.

Aynurə İsmayıl
KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:370
embedMənbə:https://konkret.az
archiveBu xəbər 08 Yanvar 2026 12:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri