İRANDAN ABŞ ın TƏHDİDİNƏ REAKSİYA: Starlink ə girişi əngəlləmək üçün siqnal pozuçular artırılıb
Icma.az, Mia.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
ABŞ Prezidenti Trampən İranda 538 nəfərin ölümünə səbəb olan etirazlarla bağlı növbəti müdaxilə xəbərdarlığı, daha sonra isə internet və telefon xətlərinə çıxış üçün Elon Maska "Starlink" xidməti barədə tapşırıq verəcəyi barədə anonsu Tehran rejimini operativ hərəkətə gətirib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, İran rəhbərliyi "Starlink"ə girişi bağlamaq üçün hərbi təyinatlı qurğuları ölkənin müxtəlif bölgələrində aktivləşdirb.
Məlumatda deylir ki, bzi bölgələrə isə əlavə siqnal bloklayan cihazlar yerləşdirməyə başlayıblar.
Xatırladaq ki, İrandakı etirazlarda ən azı 538 nəfər ölüb, 11 minə yaxın insan isə həbs edilib.
Tramp isə son açıqlamasında Amerika ordusunun İrana qarşı hərbi müdaxilə variantlarını öyrəndiyini gizlətməyib: "İran artıq qırmızı xətti keçməyə başlayıb. Ordu da bunu araşdırır və masada çox güclü seçimlərimiz var."
O, İran xalqının internetə çıxışının təminatı ilə bağlı suala isə belə cavab verib: "Maskla danışa və Starlink vasitəsilə ölkədə interneti yenidən aktivləşdirilə bilər".
Tahir Şəlvəli
MİA.AZ
Baxış sayı:45
Bu xəbər 12 Yanvar 2026 14:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















