İrandan ABŞ və İsrailə xəbərdarlıq: Təbii ki, sarsıdıcı zərbələr endiriləcək
Icma.az, Xalqcebhesi saytına istinadən bildirir.
İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH — İran Silahlı Qüvvələrinin elit bölmələri) bəyan edib ki, ABŞ və İsrail İslam Respublikasına yenidən hücum edəcəyi təqdirdə, hərbi əməliyyatlar zonası genişlənəcək və Yaxın Şərq regionunun hüdudlarından kənara çıxacaq.
Xalqcebhesi.az xəbər verir ki, "Fars" agentliyinin bəyanatdan sitat gətirdiyi hissədə deyilir:
"İrana qarşı təcavüz təkrar olunarsa, əvvəllər xəbərdarlığı edilən regional müharibə bu dəfə regionun hüdudlarından çox-çox kənara çıxacaq və təsəvvür belə edə bilməyəcəyiniz yerlərə endirəcəyimiz sarsıdıcı zərbələr sizə ağır məğlubiyyət yaşadacaq".
SEPAH-dan həmçinin qeyd ediblər ki, keçmiş silahlı qarşıdurmalar zamanı İran Silahlı Qüvvələri öz potensialından tam şəkildə istifadə etməyib.
Məryəm Quliyeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:153
Bu xəbər 20 May 2026 12:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















