Icma.az
close
up
RU
İrandan Moskvaya kahı daşıyarkən Azərbaycanda həbs olunmuşdu: 3 ay sonra azadlığa buraxıldı

İrandan Moskvaya kahı daşıyarkən Azərbaycanda həbs olunmuşdu: 3 ay sonra azadlığa buraxıldı

Icma.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İrandan Rusiyaya kahı daşıyan “Volvo” markalı yük maşınının sürücüsü 3 ay Azərbaycanda həbsdə saxlandıqdan sonra azadlığa buraxılıb.

Bizimyol.info xəbər verir ki, Dağıstandan olan sürücü məhkəmənin hökmünə əsasən, 4500 manat cərimə cəzası ilə həbsdən azad edilib. Hərçənd, məhkəmə onu Cinayət Məcəlləsinin 206.2 (narkotik vasitələrin, psixotrop maddələrin gömrük nəzarətindən kənar keçirilməsi) və 234.1 (satış məqsədi olmadan narkotik vasitələr, psixotrop maddələr əldə etmə, daşıma, saxlama) maddələri ilə təqsirli hesab edib.

Qeyd edək ki, o, iyunun 12-də İranda yüklənmiş kahını Moskvaya apararkən Astara Gömrük İdarəsinin “Cənub-Astara” gömrük postunda yoxlama zamanı saxlanılıb. Tranzit olaraq Azərbaycandan keçən sürücü özünü şübhəli apardığına görə yük maşını ciddi şəkildə yoxlanılıb. Bu zaman sürücü kabinəsində “Winston” siqaret qutusunun içindən marixuana tapılıb. Yoxlamanın davamında gömrükçülər kabinədə sərnişin oturacağının arxasında yatmaq üçün nəzərdə tutulmuş yerin üstündəki döşəyin altından 18 ədəd psixotrop dərman kapsulu aşkar ediblər.

Bunlar kinoloji xidmət itlərinin köməyilə aşkarlanıb.

Sürücü özünü təqsirli bilib. O bildirib ki, narkotik vasitələrdən istifadə edirdi. Yük gətirmək üçün İranda olduğu müddətdə ona narkotik təklif ediblər. Orada alıb, bir hissəsini istifadə edib, qalanını da özü ilə gətirmək istəyib.

Məhkəmədə ifadəsində onu da əlavə edib ki, əməlindən peşmandır, himayəsində azyaşlı övladları var, ailədə yeganə qazanc gətirəndir. Əvvəllər cinayət törətmədiyini və məhkumluğu olmadığını nəzərə alıb, ona həbsə alternativ cəza verilməsini xahiş edib.

Məhkəmə də onun xahişini nəzərə alaraq, ona cərimə cəzası verərək, həbsdən buraxıb.

Aytən, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:66
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 24 Sentyabr 2025 22:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see268

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see229

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see205

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see189

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see181

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see178

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see168

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see155

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see154

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see147

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see145

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see144

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see141

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see139

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see138

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see136

AYB Sayman Aruzla bağlı qərara aydınlıq gətirib

30 Dekabr 2025 18:30see136

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see134

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see134

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri