Icma.az
close
up
RU
Yeni ildən pensiyaçılar cəmi 9 il pensiya alacaq

Yeni ildən pensiyaçılar cəmi 9 il pensiya alacaq

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Son illər pensiya yaşı ilə bağlı davamlı olaraq dəyişikliklər tətbiq edilir. 

Belə ki, əvvəlki illərlə müqayisədə pensiya yaşı getdikcə artır. Azərbaycanda 2026-cı il üzrə kişilərin və qadınların pensiya yaşı məlum olub. Belə ki, iyulun 1-dən qadınların pensiya yaşı 65 olacaq. Kişilərin pensiya yaşı isə dəyişməyəcək, 65 il qalacaq. Beləliklə, qadın və kişilərin pensiya yaşı bərabərləşəcək.

Qeyd edək ki, "Əmək pensiyaları haqqında" Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 

"Əmək pensiyaları haqqında" Qanunun 7-ci maddəsinə əsasən, pensiya yaşına çatmış şəxsin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ var. 

Qeyd edək ki, pensiya yaşının artırılması vətəndaşlar tərəfindən heç də birmənalı qarşılanmır. Hətta tədricən kişilərin pensiya yaşının 70 yaşa qədər artırılacağı ilə bağlı fikirlər səslənir. 

Ümumiyyətlə, qadınla kişinin eyni yaşda pensiyaya çıxması nə dərəcədə doğrudur və dünya ölkələrində bu tendensiya necədir? 

Məsələ ilə bağlı iqtisadçı-ekspert Akif Nəsirli "Cebheinfo.az"-a bildirib ki, bəzi ölkələrdə, əsasən postsovet məkanında kişi ilə qadının pensiya yaşında bu fərq var: 

"Ancaq Avropada, Amerikada pensiya ilə bağlı yaş fərqi yoxdur. Buna gender bərabərliyi ideyasını əsas gətirirlər və qadınla kişinin pensiya yaşı bərabərləşir. Ona görə də Azərbaycan hökuməti bu ideyadan sui-istifadə edərək qadın və kişilərin pensiyaya çıxmaq yaşını bərabərləşdirib. Ancaq qadınlar zərif məxluqdur, onların fiziki iş qabiliyyəti daha azdır və ona görə də nəzərdə tutulmuşdu ki, qadınların pensiya yaşı kişilərinkindən az olsun. 

Bu ilin iyul ayından etibarən qadın və kişlərin pensiya yaşı bərabərləşəcək. Məsələ ondadır ki, həm qadınlar, həm həm də kişilərdə pensiya yaşı ilə bağlı ədalətsizlik edilir. Azərbaycan hökuməti elan edir ki, vətəndaşın orta ömür uzunluğu 74 yaşdır. Hesab edirlər ki, qadınlarda 75, kişilərdə 73-dür. 

Ancaq BMT-nin statistikasına görə, Azərbaycanda vətəndaşların orta yaş həddi 72-dir. Hökumət vətəndaşın qarşısında öhdəlik görür ki, pensiyaya çıxarkən onu 12 il pensiya ilə təmin edəcək. Əgər vətəndaş 74 il yaşayırsa və 65 yaşında pensiyaya çıxırsa, demək hökumət götürdüyü öhdəliyin cəmi 9 ilini yerinə yetirir. Burada 3 il hökumətə qalır.

Həmin 3 ilə görə nə pensiyaçıların varislərinə, nə də övladlarına heç bir kompensasiya ödənilmir. Hökumət ən yaxşı halda bu gün pensiya öhdəliyini 9 il götürməlidir. Vətəndaş pensiyaya çıxandan sonra 9 il yaşayacaqsa, nəyə görə onun pensiya kapitalını 12 ilə bölürlər? Burada bir ədalətsizlik var". 

Ekspert deyir ki, pensiya yaşının 70-ə çatdırılacağı inandırıcı deyil: 

"Çünki hələ 12 illik öhdəliyi yerinə yetirə bilmirsə, bu yaş həddinin artırılması açıq qalan öhdəliyin daha da böyüməsinə gətirib çıxarır. O zaman belə nəticə alınar ki, vətandaş 70 yaşda pensiyaya çıxırsa, vətəndaşa cəmi 4 il pensiya verəcək. 

Ona görə də inanmıram ki, yaş həddinin daha da artırılmasına cəsarət etsinlər. Yaş həddinin artırılması üçün vətəndaşların orta yaş həddi 77-ni keçməlidir. Eləcə də 79-80 olmalıdır ki, hökumət "mən pensiya ilə bağlı yaş həddini artırmalıyam" fikrini əsaslandırsın”. 

Nigar Abdullayeva 
"Cebheinfo.az"

Açar sözlər: pensiyaçılar Akif Nəsirli

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:284
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 01 Yanvar 2026 11:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see322

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see316

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see313

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see299

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see299

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see290

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see280

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see280

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see278

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see264

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see246

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see237

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see236

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see232

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see232

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see229

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see223

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see220

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see198

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri