İranın adı Avropadakı hücumlarda hallanır
Reyting.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Avropa ölkələrində fəaliyyət göstərən yəhudi məktəblərinə və sinaqoqlara, eləcə də İsraillə əlaqəli obyektlərə qarşı İran dövlətinin dayanması ehtimalı araşdırılır.
Reyting.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri yazıb.
Kəşfiyyat və hüquq-mühafizə orqanlarının əldə etdikləri məlumatlara əsasən, Avropa ölkələrində reallaşdırılmış hücumların arxasında "İslamın saleh tərəfdarları hərəkatı" adlı saxta qrup durub.
İstintaq hesab edir ki, əslində, belə bir terror təşkilatı yoxdur, üstəlik, bu qrup böyük ehtimalla, İran agentləri tərəfindən yaradılıb və icraçılar internet vasitəsilə cəlb olunub.
Xatırladaq ki, son aylar Qərbi Avropa məkanında təxminən iyirmiyə yaxın hücum həyata keçirilib və yaxud da hücumun qarşısı alınıb. Ekspertlərin fikrincə, saxta təşkilatın adından dəfələrlə istifadə edilməsi bununla bağlı şübhələr yaradır ki, İran baş verən hadisələrdə öz iştirakını aşkar gizlətməyə çalışır.
Oqtay QORÇU
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 27 Mart 2026 14:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















