Icma.az
close
up
RU
İranın raketləri Avropadakı bazaları da hədəfə ala bilər POLİTOLOQ

İranın raketləri Avropadakı bazaları da hədəfə ala bilər POLİTOLOQ

Icma.az, Sherg.az saytına istinadən bildirir.

“ABŞ-nin dünyanın müxtəlif bölgələrindəki bazaları risk altındadır”

Münaqişə başqa forma alarsa, İran yeni silahlardan istifadə edəcək.

Bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) sözçüsü Hüseyn Mohebbi deyib. O, ABŞ-ın 2015-ci ildə imzalanan nüvə sazişindən (JCPOA) çıxmasına toxunaraq bildirib ki, İran özünü müdafiə etmək üçün daim yeni silahlar hazırlayır.

Hüseyn Mohebbi ABŞ xalqına ünvanlanan 25 səhifəlik məktubun təqdimatı ilə bağlı keçirilən mətbuat konfransında deyib ki, JCPOA İranın nüvə silahına sahib olmasının qarşısını almağı nəzərdə tuturdu: “Əgər həqiqətən İran nüvə silahı əldə etməyə çalışırdısa və ABŞ İranın nüvə silahına sahib olmamalı olduğunu iddia edirdisə, ABŞ Prezidenti niyə JCPOA-dan çıxdı?”.

Mohebbi İranın yeni silahlar istehsal etməsindən əlavə, mövcud silahlarını təkmilləşdirdiyini də qeyd edib. SEPAH sözçüsü əlavə edib ki, İran ölkəni və xalqı müdafiə edə biləcək silahların hazırlanması üçün dünyadakı bütün texnologiyalardan istifadə edəcək və bu istiqamətdə irəliləyəcək.

SEPAH-ın İranın münaqişənin yeni mərhələsində yeni silahlardan istifadə edəcəyi ilə bağlı açıqlamasını şərh edən politoloq Zeynal Əmrəliyev Sherg.az-a bildirib ki, ehran hipersəs raketlərinin təkmil versiyalarından, yeni nəsil PUA-lardan və elektron mübarizə vasitələrindən istifadə edə bilər.  Politoloqun sözlərinə görə, ABŞ-nin İrana qarşı hərbi əməliyyatlara başladığı ilk mərhələdə Tehran əsasən Körfəz ölkələrində yerləşən ABŞ hərbi bazalarını hədəfə alırdı:

“İndi isə İranın daha uzaq məsafələrdə yerləşən hədəflərə zərbə endirmək imkanlarının artdığını görürük. Dəniz istiqamətində İranın, xüsusilə Hörmüz boğazı kimi strateji ərazilərdə ABŞ və müttəfiqlərinin logistikasına təsir göstərə biləcək imkanlarını genişləndirməsi mümkündür. Tehranın son açıqlamaları da onu göstərir ki, İranın malik olduğu ballistik raketlərin uçuş məsafəsinin artırılması ona Avropadakı müəyyən hədəfləri də vurmaq imkanı verə bilər. Bu baxımdan Avropada yerləşən ABŞ hərbi bazalarının da zərbələrə məruz qalması ehtimalı müzakirə olunur.Həmçinin İranın hava əməliyyatlarını genişləndirmə ehtimalı da istisna deyil. Bu halda ABŞ-nin uzaq coğrafiyalarda yerləşən hərbi bazaları da potensial təhlükə ilə üzləşə bilər. İranın konkret coğrafi istiqamət göstərmədən təhdidlər səsləndirməsi faktiki olaraq ABŞ-nin dünyanın müxtəlif bölgələrində yerləşən hərbi obyektlərinin risk altında qala biləcəyini deməyə imkan verir. Çünki ballistik raketlərin hansı məsafədən buraxılacağı və İranın hansı istiqamətləri hədəfə alacağı əvvəlcədən məlum deyil”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:88
embedMənbə:https://sherg.az
archiveBu xəbər 29 Sentyabr 2026 15:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see356

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see329

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see306

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see274

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see269

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see260

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see256

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see247

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see242

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see241

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see241

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see237

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see233

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see231

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see224

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see221

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see217

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see212

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see210

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri