Icma.az
close
up
RU
İranın Azərbaycan qorxusu: Münasibətlər nə vaxt normallaşmağa başlasa, Tehran fitnəni işə salır

İranın Azərbaycan qorxusu: Münasibətlər nə vaxt normallaşmağa başlasa, Tehran fitnəni işə salır

Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İranın Azərbaycana qarşı təhdid, təhqir və düşmənçilik ritorikası yenə gündəmdədir. Maraqlıdır ki, hər dəfə Azərbaycanın sayəsində İranla münasibətlər normallaşanda Tehran yeni bir fitnə düyməsi tapıb basır. İranda prezident seçkisində azərbaycanəsilli Məsud Pezeşkianın qalib gəlməsi Bakıda müsbət qarşılandı. Yeni prezident ilk çıxışlarında sülh, qonşuluq, dialoq mesajları verdi. Azərbaycan da Pezeşkianı təbrik etdi, dialoqa açıq mesaj verdi. Hətta İran prezidentinin ölkəmizə səfəri böyük coşqu ilə qarşılandı. Pezeşkianın Bakıda da növbəti dəfə ənənəsinə sadiq qalaraq Məhəmmədhüseyn Şəhriyarın "Heydərbabaya salam" poemasından iki bənd səsləndirməsi hətta münasibətlərdə yeni səhifənin açılması kimi təqdim edildi. Amma İr(l)an yenə zəhərini tökdü və bu səhifə açılmamış bağlandı.

Çünki fars-molla rejiminin təbiəti budur, qabıq dəyişir, amma fitrət dəyişmir. İranda prezident dəyişə bilər, amma rejimin beyni, yəni ali lider və SEPAH yerindədirlər. Pezeşkian prezident seçilsə də, əsas qərarlar Əli Xamenei və inqilab keşikçiləri korpusunun əlindədir. Odur ki, prezident sülh mesajı versə də, rejim Azərbaycan əleyhinə ittihamlar yağdırır, SEPAH təxribatlarını davam etdirir. Tehran rejimi Azərbaycanla münasibətlərdə heç vaxt stabil sülh istəməyib. Bunun nəticəsidir ki, İran ölkəmiz əleyhinə yeni provokasiyalara əl atıb, ölkə mediasında Azərbaycan əleyhinə kampaniyalar aparılır. Mollaların çıxışlarında türklərə qarşı təhqiramiz ritorika səslənir. Ona görə ki, İran Azərbaycanın nüfuzunu artırmasından, yeni reallıq yaratmasından narahatdır.

Bu baxımdan, nə vaxt ki Bakı ilə Tehran arasında münasibətlər normallaşmağa başlayırsa, molla rejimi ya "İsrail faktoru"nu gündəmə gətirir, ya sərhəddə hərbi təlimlər başlayır, ya da mollalar ölkəmiz əleyhinə çağırışlar edirlər. Bu isə artıq diplomatiya deyil, rejimin strateji fitnəsidir.

İranın Azərbaycan qorxusu da yeni deyil, tarixi və mövcud reallıqlara əsaslanır. Məlum, güclü, müstəqil və türk kimlikli müstəqil Azərbaycan və İranın daxilində yaşayan 40 milyona yaxın azərbaycanlı. Həmin soydaşlarımız isə Azərbaycanı öz vətənləri sayırlar. İran rəhbərliyi də bilir ki, Bakının güclənməsi Təbrizin oyanmasıdır. Necə ki, artıq bunun qığılcımları hər gün daha çox alovlanır. Bu səbəbdən hər dəfə Azərbaycan iqtisadi, diplomatik və hərbi cəhətdən güclənəndə İran daxilindəki narahatlıq artır və dərhal təhqir, təhdid, hərbi manevr, molla bəyanatları başlayır.

Ümumiyyətlə, təzyiq altında olan rejimlər üçün xarici düşmən yaratmaq klassik taktikadır. İranın daxili problemləri, iqtisadi böhran, sosial narazılıq, qadın haqları etirazları, türklərin haqlı tələbləri Tehranı qorxuya salır. Ona görə də Azərbaycan həm xalqın diqqətini yayındırmaq, həm də daxildə türk kimliyinə təzyiq üçün bəhanə yaratmaq məqsədilə hədəf alınır. İranın Azərbaycana qarşı hədəfəalma siyasəti strateji qorxudan, türk kimliyinə ideoloji dözümsüzlükdən, regional güc balansının dəyişməsinə qarşı reaksiyadan qaynaqlanır.

Ona görə də İran "normal münasibətlər" istəmir. O, "itaətkar və zəif qonşu" istəyir. Amma Azərbaycan nə zəifdir, nə də itaətkar. Azərbaycan artıq nəinki regionun, dünyanın hesablaşdığı dövlətdir. Bu baxımdan, həmin dünyada gözdən düşən və zəlil qalan İran üçün Azərbaycanla düşmənçilik yox, normal qonşuluq münasibətləri daha məqsədəuyğundur. Bu, Tehranın özü üçün yaxşıdır, çünki Bakı üçün mənfiyə doğru dəyişən heç nə yoxdur.

Mərahim Nəsib

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://oxu.az
archiveBu xəbər 30 İyun 2025 16:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see724

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see207

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see205

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see202

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see191

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see190

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see169

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see166

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see159

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see153

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see151

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see149

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see144

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see144

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see143

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see143

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see143

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see141

Mərkəzi Bank valyuta ehtiyatlarını açıqladı

07 Yanvar 2026 09:51see136

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri