İranın Beyrutdakı səfiri Livan XİN ə çağırılıb
Azpolitika.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İranın Beyrutdakı səfiri Moctaba Amani Livan Xarici İşlər Nazirliyinə çağrılıb.
"Report" xəbər verir ki, bu barədə cümə axşamı “Al-Arabiya” telekanalı məlumat yayıb.
Səfirdən Tehranın Livanın daxili işlərinə müdaxilə etməməsi tələb edilib.
M.Amani ilə söhbət zamanı Livan hökuməti ölkələrin suverenliyinə dair "diplomatik protokola riayət etməyin" vacibliyini vurğulayıb.
Telekanalın məlumatına görə, daha əvvəl İranın Beyrutdakı səfiri "Hizbullah" hərəkatının tərk-silah olunması ilə bağlı fikir bildirib.
"Tərk-silah layihəsi ölkələrə qarşı açıq sui-qəsddir. ABŞ İsraili ən yeni silahlar və raketlərlə təchiz etməyə davam edir. Bununla yanaşı, müxtəlif bəhanələrlə digər ölkələrə təzyiq göstərir, onları arsenallarını azaltmağa və ya məhv etməyə çağırır", - telekanal onun sözlərini sitat gətirir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 24 Aprel 2025 18:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















