İranın dünyaya meydan oxumaq siyasəti acınacaqlı sonluğa yaxınlaşır RƏY
Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“İranda müharibə riski artmaqdadır. Barıt çəlləyinə çevrilməkdə olan bu ölkənin qonşularına, xüsusilə, Azərbaycana təhlükə yaratmaq ehtimalı böyükdür. Regionda baş verə biləcək təhlükəli proseslərdən İranın qurtulub və yaxud qurtulmayacağını isə demək çətindir. Biz yalnız və yalnız İrandakı 40 milyona yaxın soydaşlarımıza görə narahatıq”.
Bu fikri “Sherg.az”a açıqlamasında Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm Bəydəmirli söyləyib. 
Birlik sədri qeyd edib ki, əgər ABŞ silahlı qüvvələri hərəkətə keçib İranda əsas hədəfləri məhv etməyə başlayacaqsa, o zaman mülki vətəndaşlar da zərər görə bilər. Hətta qonşu ölkələrə qaçqın axının baş verməsi gözləniləndir:
- Ümid edirik ki, Azərbaycanla Türkiyənin müvafiq qurumları bu məsələlərlə bağlı intensiv danışıqlar aparır. Görün, molla rejimi vəziyyəti hansı həddə gətirib çıxarıb. Əvvəldən bəlli idi ki, İranın siyasəti heç zaman regionda sabitliyə, konstruktiv əməkdaşlığa xidmət etmirdi. İslamın vacib prinsiplərindən uzaq düşərək məkr, təhdidlə normal qonşuluq prinsiplərini zədələmək, dünyaya meydan oxumaq siyasəti acınacaqlı sonluğa yaxınlaşır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:35
Bu xəbər 28 Yanvar 2026 19:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















