İranın durumunu ağırlaşdıran məqam ətrafında dost və tərəfdaş dövlətlərin artmamasıdır
Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"İran uzun onilliklər ərzində bölgədəki silahlı qrupları, o cümlədən “Hizbullah”, “Həmas” və digərlərini ona görə silahlandırdı və maliyyələşdirdi ki, təhlükə İranın sərhədlərinə yaxınlaşmasın. Yəni Tehranın məntiqinə görə, bu qruplar İran rejiminin əsas düşmənləri olan İsrailə və ABŞ-ın bölgədəki ərəb müttəfiqlərinə problemlər yaratmalıydılar ki, Vaşinqtonun və Tel-Əvivin başı bu qruplarla mübarizəyə qarışsın. Bu siyasət bir müddət İrandakı rejimi təhlükələrdən qorudu".
Redaktor.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. Onun sözlərinə görə, ancaq İsrail Həmas və Hizbullahı zəiflətdikdən və bu iki qruplaşmanı başsız qolduqdan sonra təhlükə İrana yaxınlaşdı:
"Bu sıraya Suriyada Bəşər Əsəd rejiminin devrilməsini və İran əleydarı olan güclərin Dəməşqdə hakimiyyəti gəlməsini əlavə etmək lazımdır.
Beləliklə, təhlükə İranın sərhədinə çatdı və İsrail bu ölkəyə qarşı müharibəyə başladı. Tel-Əvivin iki məqsədi var. Birinci məqsəd İranın nüvə potensialını ortadan qaldırmaq və bu ölkəni uranı zəninləşdirmək potensialından birdəfəlik məhrum etməkdir, ikinci məqsəd İranı daxildən parçalamaqdır. İran rejimi böyük itkilərə rəğmən, müqavimət gücünü artırmağa çalışacaq. Ona görə də İsrailin hər iki hədəfinə çatıb-çatmayacağı hadisələrin sonrakı gedişatı göstərəcək. İranın durumunu ağırlaşdıran məqam ətrafında dost və tərəfdaş dövlətlərin sayını artırmaması, bununla yanlış strategiyaya üstünlük verməsidir. Rejim bölgədə tərəfdaşlarının sayını artırmaq əvəzinə müxtəlif silahlı qruplara hər il on milyardlarla dollar xərcləməyə, qonşu dövlətlərin daxili işlərinə qarışmağa, “Zəngəzur dəhlizinə imkan verməyəcəyik” kimi yersiz açıqlamalara üstünlük verdi".
Vasif ƏLİHÜSEYN
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 13 İyun 2025 13:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















