İranın müxalifət saytı: Ölkədə etirazlar zamanı 12.000 nəfər öldürülüb
Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bizimyol.info xəbər verir ki, bu barədə müxalifət mətbuatı hesab edilən "Iran International" məlumat verib.
Nəşr bunu "İranın müasir tarixində ən böyük qırğın" adlandırıb. Veb saytın yazdığına görə, qurbanlar əsasən 30 yaşdan kiçik insanlar olub. İddialara görə, qətllər əsasən 8-9 yanvar gecəsi Ali Lider Əli Xameneinin əmri ilə İslam İnqilabı Keşikçiləri Korpusu və Bəsic milis qüvvələri tərəfindən həyata keçirilib.
Hesabatda zorakılığın "təcrid olunmuş toqquşmaların" nəticəsi deyil, mütəşəkkil olduğu vurğulanır. Məlumat Ali Milli Təhlükəsizlik Şurasının üzvləri, İran prezident administrasiyası və İslam İnqilabı Keşikçiləri Korpusu da daxil olmaqla bir çox mənbədən toplanıb.
Nəşrin məlumatına görə, məlumatlar "bir neçə mərhələdə və ciddi peşəkar standartlara uyğun olaraq" yoxlanılıb və təsdiqlənib.
Bu qiymətləndirmə əvvəllər dərc olunmuş rəqəmləri xeyli üstələyir, bu rəqəmlər ölənlərin sayını bir neçə yüz oluğunu göstərirdi.
Qadir, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:55
Bu xəbər 13 Yanvar 2026 15:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















