Icma.az
close
up
RU
“Azərbaycanla silahalnma yarışına girmirik...” “Ordunun hərbi büdcəsi 1.1 milyard dollar artıb”

“Azərbaycanla silahalnma yarışına girmirik...” “Ordunun hərbi büdcəsi 1.1 milyard dollar artıb”

Azpolitika.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Suren Papikyan: “2025-ci ildə 30 hərbçimiz ölüb, 6-sı intihar edib”

“Sülhə hazırlaşmaq müdafiə imkanlarından imtina etmək demək deyil. Paralel şəkildə ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi heç bir dövlətin təhlükəsizliyinə və ərazi bütövlüyünə təhdid yaratmır”.

“AzPolitika” xəbər verir ki, bu barədə Ermənistanın müdafiə naziri Suren Papikyan bu gün keçirdiyi mətbuat konfransında bildirib.

Nazir vurğulayıb ki, sərhəddə aparılan tikinti işləri davam etdiriləcək: “Düşünürəm ki, sülh həm də ondan ibarətdir ki, biz sakit və sabit şəraitdə ölkəmizin uzunmüddətli müdafiə qabiliyyətini təmin edə bilək – istər real təhlükə olsun, istərsə də olmasın”.

Papikyan bildirib ki, 2025-ci ildə Ermənistanın müdafiə xərcləri 664 milyard dram (təxminən 1 milyard 741 milyon dollar) təşkil edib. Papikyan bu rəqəmi 2018-ci illə müqayisə edərək qeyd edərək deyib ki, son illər ərzində müdafiə sahəsinə ayrılan vəsait 1,1 milyard dollar artıb.

Bununla yanaşı, 2026-cı il büdcə layihəsində hərbi xərclərin 15 faizdən çox azaldılması nəzərdə tutulur. Müxalifət bu qərarı tənqid edərək, bunun Bakıdan gələn tələblərlə əlaqəli olduğunu iddia edib. Bu fonda qeyd olunur ki, Azərbaycan 2026-cı il büdcəsində orduya, məhkəmə-hüquq sisteminə və hüquq-mühafizə orqanlarına 2025-ci ildəkindən daha çox vəsait ayırıb.

Papikyan isə bildirib ki, Ermənistan heç bir ölkə ilə, o cümlədən Azərbaycanla silahlanma yarışına girməyi planlaşdırmır, lakin bu, silah və hərbi texnika alınmasının dayandırılması demək deyil.

Nazir vurğulayıb ki, ordu siyasi proseslərə cəlb edilə bilməz. O, yanvarın 6-da Paşinyanın rəhbərlik etdiyi yürüşdə hərbçi Karen Şakaryanın iştirakına da münasibət bildirib: “Qeyri-iş günündə qeyri-siyasi tədbirdə iştirak etmək insanın şəxsi istəyidir”.

Karen Şakaryanın “Artsax qəhrəmanı” fəxri adından məhrum edilməsi ilə bağlı məlumatlara münasibət bildirən Papikyan qeyd edib ki, belə bir institutu tanımır.

Öz iştirakına gəlincə, nazir bildirib ki, tədbirdə vətəndaş, “Vətəndaş Müqaviləsi” partiyasının üzvü və müdafiə naziri kimi iştirak edib.

Hökumət “Vətəni müdafiə et” proqramında dəyişikliklər təklif edir. Papikyanın sözlərinə görə, mövcud 5 illik müqavilə ilə yanaşı, hərbçilərə əlavə olaraq 2 və ya 5 illik müqavilə imzalamaq imkanı veriləcək.

Hazırda proqram çərçivəsində 5 il xidmət edənlərə 5 milyon dram birdəfəlik ödəniş verilir. Proqramda 4 mindən çox hərbçi iştirak edir.

Yeni dəyişikliklərə əsasən 2 il əlavə xidmət üçün 1,5 milyon dram (3200 dollar), 5 il əlavə xidmət üçün isə 5 milyon dram (12500 dollar) ödəniləcək. Beləliklə, 10 il xidmət edən hərbçi ümumilikdə 10 milyon dram (25 min dollar) mükafat alacaq.

Nazirin açıqlamasına görə, 2025-ci ildə Ermənistan Silahlı Qüvvələrində 30 hərbçi ölüb. Onlardan 24-ü xidmətlə bağlı olmayan səbəblərdən, 6 nəfər isə intihar və ya intihara sürüklənmə halları ilə əlaqədar həyatını itirib.

Papikyan bildirib ki, 2024-cü illə müqayisədə ölüm halları 40 faiz azalıb.

Rasim Əliyev

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:66
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 13 Yanvar 2026 17:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see216

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see202

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see198

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see187

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see172

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see169

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see169

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see162

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see154

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see152

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see146

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see144

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see142

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see140

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see137

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see137

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see136

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see135

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see134

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri