İranın nüvə obyektlərinə hücum tarixin ən böyük səhvi olar Nazir
Icma.az bildirir, Bizimyol portalına istinadən.
Bizimyol.info xəbər verir ki, bunu İslam Respublikası Xarici İşlər Nazirliyinin rəhbəri Abbas Əraqçi “Əl-Cəzirə” telekanalına müsahibəsində deyib.
“Düşünürəm ki, ABŞ bunu etmək qərarına gəlsə, bu, tarixin ən böyük səhvi olardı”, - deyə nazir İsrailin ABŞ-ın dəstəyi ilə İranın nüvə obyektlərinə mümkün zərbə endirməsi ilə bağlı sualı cavablandırarkə qeyd edib. Onun sözlərinə görə, belə obyektlər respublika ərazisində yerləşir və güclü hava hücumundan müdafiə sistemləri ilə qorunur. “Deyə bilərəm ki, bu obyektlərə hücum demək olar ki, mümkün deyil”, - deyə Əraqçi vurğulayıb.
“Həm amerikalılar, həm də israillilər cavab olaraq hansı hədəfləri vuracağımızı yaxşı anlayırlar. Düşünürəm ki, bundan sonra biz regionda genişmiqyaslı müharibəyə girəcəyik. Bunu nə bölgədə, nə də ondan kənarda heç kim istəmir. Hesab edirəm ki, ABŞ-ın belə bir qərar qəbul etməsi və buna getməsi ehtimalı azdır”, - deyə o vurğulayıb.
“İranın hazırda nüvə silahı yoxdur. Nüvə silahı yarada bilərikmi? Bəli, biz bunu edə bilərik. Bizim nüvə silahı yaratmaq arzusu varmı? Xeyr, biz buna can atmırıq”, - deyə İran Xarici İşlər Nazirliyinin rəhbəri bildirib.
Yanvarın 26-da İsrailin müdafiə naziri İsrael Katz Pentaqonun yeni rəhbəri Pit Heqsetə təbrik məktubu göndərib və orada İran mövzusuna toxunub. İsrailli nazirin sözlərinə görə, yaxın aylarda İsrail və ABŞ üçün bu istiqamətdə “strateji məqsədləri irəli sürmək” üçün imkanlar açılacaq. Məktubun mətnində Katzın Tehranla bağlı hansı addımları atmaq niyyətində olduğu göstərilmir. Bununla belə, “The Jerusalem Post” qəzeti xatırladıb ki, o, əvvəllər İrana və onun nüvə obyektlərinə potensial zərbəyə maksimum hazır olduğunu bəyan edib.
Qadir, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 01 Fevral 2025 08:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















