İranın nüvə obyektlərinin bombalanacağı ciddi xarakter alıb
Icma.az bildirir, Newscenter.az portalına istinadən.
"Amerika Prezidenti D.Trampın nüvə proqramına son qoyulması ilə əlaqəli fikirlərinə İranın imtina etməsi səbəbindən Tehranın ciddi şəkildə bombardıman ediləcəyi ilə bağlı təhdidindən sonra nüvə obyektlərinin bombalanacağı ciddi xarakter alıb".
Newscenter.az xəbər verir ki, bu fikirləri ƏHD Partiyasının sədrinin müşaviri Azər Qasımov səsləndirib. O bildirib ki, ABŞ Hind okeanındakı Böyük Britaniyanın Amerikaya 50 illiyinə kirayə verilmiş Dieqo Qarsiya adasına B-2 bombardımancı təyyarələr yerləşdirməyə başlayıb. İran bundan çox narahat olmağa başlayıb. O da ABŞ-nin ətrafda əl çatan mümkün hərbi bazalarının raketlərlə vurulacağını açıqlayıb:
"Görünən odur ki, təhdidlər ciddi xarakter alıb. Trampın keçən hakimiyyəti dövründə Qasım Süleymanini İraqda pilotsuz təyyarədən atılan raketlə vurularaq öldürməsindən sonra indiki gərginlik daha ciddi qarşıdurmadır".
Süleyman
Bu mövzuda digər xəbərlər:İranın nüvə obyektlərinin vurulması... Lukaşenko
27 İyun 2025 15:44
Qrossi İranın nüvə obyektlərinin yoxlanılmasını tələb edib
27 Oktyabr 2026 19:26
MKİ İranın nüvə obyektlərinin son vəziyyətini şərh edib
26 İyun 2025 08:36
Qrossi: BAEA İranın nüvə obyektlərinin yoxlanılması planlarını təsdiqləyib
24 İyun 2026 12:21
İranın dağıdılan raket obyektlərinin xəritəsi...
05 İyul 2025 20:04
Baxış sayı:129
Bu xəbər 02 Aprel 2025 11:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















