Icma.az
close
up
RU
İranın puça düşən SURİYA ARZUSU Yeni dizayndan bu qüvvələr pay GÖTÜRƏCƏKLƏR Yeni Çağ Media

İranın puça düşən SURİYA ARZUSU Yeni dizayndan bu qüvvələr pay GÖTÜRƏCƏKLƏR Yeni Çağ Media

Icma.az, Yenicag portalına istinadən məlumat verir.

Suriya yenidən dizayn edilir: buna dəstək verənlər də var, müqavimət göstərənlər də. Əslində ərəb baharı il başlayan Suriya daxilindəki qarşıdurma on ilə yaxın müddətdə ciddi geosiyasi qarşıdurma və maraqların toqquşması ilə müşayət olundu. Bu daxili münaqişənin bu qədər uzunmüddətli davam etməsinin də əsas səbəbi məhz bölgəyə təsiri olan qüvvələrin maraqlarının toqquşması idi.

Unutmaq olmaz ki, Suriyanın geosiyasi əhəmiyyəti onun strateji mövqeyi, enerji yollarına yaxınlığı və Yaxın Şərqdəki tarixi və mədəni təsiri ilə bağlıdır. Bu faktorlar onu beynəlxalq güclərin maraq dairəsində saxlayan əsas səbəblərdir. Suriya öz etnik və dini yapısı ilə Yaxın Şərqin kiçik modelidir. Suriya qədim mədəniyyətlərin beşiyi olub və Yaxın Şərqdəki tarixi-mədəni təsirini bu gün də qoruyur. Bu, regiondakı münaqişələrə ideoloji və dini rəng qatır. Eyni zamanda Suriya ərəb millətçiliyinin mərkəzi olaraq tarixi rol oynayıb və ərəb ölkələri arasında siyasi ideologiya baxımından əhəmiyyətli mövqeyə malikdir.

Lakin digər səbəblər də var. Suriya üç qitəni birləşdirən bir bölgədə yerləşir. Qərbdə Aralıq dənizi sahillərinə çıxışı, şimalda Türkiyə ilə, cənubda İordaniya ilə və şərqdə İraqla həmsərhəd olması onu Yaxın Şərqin mərkəzi ölkələrindən birinə çevirir. Suriya Aralıq dənizinə çıxışı olan bir neçə Yaxın Şərq ölkəsindən biridir. Bu, onun ticarət, enerji nəqliyyatı və hərbi-strateji baxımdan əhəmiyyətini artırır. Suriya Yaxın Şərqin zəngin neft və qaz resurslarına yaxın bir regionda yerləşir. Ölkə beynəlxalq enerji xətlərinin keçə biləcəyi potensial bir qovşaqdır. Suriya neft və qaz boru kəmərlərinin keçidi üçün mühüm əraziyə malikdir. Bu kəmərlər regionun enerji təchizatının Avropa və digər bazarlara çatdırılmasında böyük rol oynayır.

Suriyanın geosiyasi əhəmiyyəti onun coğrafi mövqeyi, enerji yolları və regional güclərin mübarizəsində mühüm rol oynaması ilə izah olunur. Bu səbəbdən Suriya Yaxın Şərqdə davam edən münaqişələrin və beynəlxalq siyasətin əsas diqqət mərkəzlərindən biri olaraq qalır.

Bu mənada Suriya maraqların toqquşduğu bir bölgədir və hazırda Suriyada gedən dəyişikliklərdə beynəlxalq güclər maksimum dərəcədə pay sahibi olmağa cəhd edirlər.

Əsədin devrilməsindən sonra Suriyada baş verən yeni proseslərdə maraqların qarşıdurmasının ilk siqnalı sahilyanı ərazilərdən gəldi. Dekabrın üçüncü ongünlüyündən başlayaraq Suriyanın sahil xəttində şiddətli toqquşmalar, ardınca isə etirazlar yaşandı. Təbii ki, bu hadisələrin pərdəarxası məqamları da var idi.

Hadisələr Suriyanın yeni hökumətinin hüquq-mühafizə orqanlarının Məhəmməd Kancu Həsənin Tartus mühafəzəsində gizləndiyini öyrənməsi ilə başladı. Kancu Həsən Əsəd rejiminin önəmli simalarından biri və Sednaya həbsxanasının Hərbi Məhkəməsinin rəhbəri olub. O, təslim olmaqdan boyun qaçıraraq yanındakı silahlı şəxslərlə birgə müqavimət göstərdi. Əməliyyat nəticəsində Məhəmməd Kancu Həsən öldürüldü. Bu hadisə bəzi qrupların etiraz aksiyaları təşkil etməsinə, hətta silahlanmasına səbəb oldu.

Əslində bu proses daha öncə imtiyazlara sahib, dövlətin ən mühüm vəzifələrində təmsil olunan, özlərini cəmiyyətin digər təbəqələrindən üstün hesab edən Nusayri elitasının müqaviməti kimi qiymətləndirə bilər. Bu mənada Tartus, Lazkiyə kimi bölgələrdə etirazların və gərginliyin təməli Əsəd rejiminin gözlənilməz çöküşü ilə bağlıdır. Sahil bölgəsində baş verən bu cür hadisələri davam edən transformasiya prosesinin təbii hissəsi kimi qəbul etmək də olardı, əgər bütün bu dişikliklərlə razılaşmayan İran faktoru olmasaydı…

Haşıyə: Ələvilər (ərəb. “Alawiyyūn”), ərəb ələviləri və ya nusayrilər (ərəb: “Nuṣayrīyah”), əsasən Levant (sahilyani bölgələr – Aralıq dənizinin şərq sahilləri) bölgəsində yaşayan dini və etnik icmadır. Şiəliyin ilk dövrlərində meydana çıxan Ğaliyə qolu olduğu güman edilir. Qrupun 9-cu əsrdə İbn ən-Nüseyr (9-cu əsr) tərəfindən yaradıldığı güman edilir. Bu səbəbdən ələvilərə “nusayri” də deyilir, lakin bu ifadə bu gün camaata mənsub insanlar tərəfindən qəbul edilmir. Əsəd ailəsi məhz Nusayrilər qoluna mənsub idi.

Nusayri elitasına ən böyük dəstəyi isə rejimin ayaqda qalmasında maraqlı olan İran verməkdə idi. Və istisna etmək olmaz ki, Suriyanın daxilində son 20 gündə baş verən proseslərdə İranın da müəyyən iştirak payı var.

Suriya İranın təhlükəsizlik strategiyasının təməl daşı olan “üstün müdafiə” doktrinası baxımından mühüm ölkə idi. Tehran Suriya vasitəsilə İranın İsrailin qarşısını almaqda mühüm rol oynadığı Livan Hizbullahına logistika və silah dəstəyi verirdi. Bundan əlavə, İranın Suriyadakı hərbi mövcudluğu Tehrana nəinki strateji dərinlik qazandırdı, həm də onun regional təhdidlərə qarşı çəkindirmə qabiliyyətini artırdı. Suriyanın “Müqavimət oxu” tənliyindən çıxması ilə nəinki İranın Suriyadakı hərbi mövcudluğu sona çatdı, hətta Tehranın “Hizbullah”la quru əlaqəsi də kəsildi. Buna görə də Suriyanın itirilməsi İranın regional təsirini və İsrailə qarşı çəkindirmə qabiliyyətini xeyli zəiflətdi.

Faktiki olaraq İran Suriyada ciddi şəkildə nüfuz itirməkdədir. Bu isə Tehranın Yaxın Şərq siyasətində önəmli həm geosiyasi, həm də ideoloji rol oynayan “Şiə hilalı” strategiyasının çökməsi deməkdir. Livanda Hizbullahın aldığı ciddi zərbələrdən sonra, Tehran zatən bu strategiyanın digər önəmli həlqəsi olan İraqda da müəyyən geriləmələr yaşamaqdadır. İranın Suriyadakı təsirinin aradan qaldırılması ilə İraqda baş verənlər İranın bu ölkədəki təsirinin də əlverişsiz olduğunu göstərir. Bizim “el-Haşdi eş-Şabi” kimi tanıdığımız İraq Xalq Səfərbər Qüvvələrinin Suriyada proseslər yeni başladığı zaman ora getməkdən imtina etmələri bunun aydın əlaməti idi. İraq şiə qruplarının əhəmiyyətli bir hissəsi, eləcə də Ayətullah Sistani və Müqtəda Sədr kimi İraqın nüfuzlu şiə dini liderləri buna qarşı çıxdılar. Zatən kökü tarixi dərinliklərə qədər gedib çıxan Nəcəf-Qum rəqabəti burada özünü daha aydın şəkildə göstərdi.

Qeyd edək ki, Suriya məsələsinin İran üçün tam bitmiş olduğunu düşünmək də böyük səhv olardı. Mövqeyini dəyişib Dəməşqdəki səfirliyini yenidən aça biləcəyi ilə bağlı müəyyən mesajlar versə də, İranın Suriyadakı yeni administrasiyadan məmnun olmadığı və hakimiyyəti ələ keçirmiş yeni qüvvələrin işini çətinləşdirməyə çalışacağı açıq-aydın görünür. Bunun isə şübhəsiz ki, Türkiyə-İran münasibətlərinə də birbaşa təsiri olacaq.

Suriya hadisələrinin arxasında “Suriyanın bir qonşusu” deyərək üstüörtülü şəkildə Türkiyənin olduğuna eyham vuran İranın ali rəhbəri Əli Xamenei, müxaliflərin 8 dekabrda Bəşər Əsəd rejimini devirməyi bacarmasından sonra verdiyi açıqlamalarda, Suriyada üsyankar bir qrupun xarici güclərin planlaşdırması və yardımı ilə, həmçinin Suriya dövlətinin daxili zəifliklərindən istifadə edərək bu ölkəni qarışıqlığa sürüklədiyini irəli sürdü və “Suriyada güclü və şərəfli bir hərəkatın ortaya çıxacağını gözləyirik. Çünki bu gün suriyalı gənclərin itirəcəyi bir şey qalmayıb. Məktəbləri, universitetləri, evləri və küçələri təhlükəsiz deyil. Buna görə də qərarlı şəkildə hərəkətə keçib, güvənsizliyin memarlarına qarşı duraraq onları məğlub etməlidirlər”, dedi. Bundan əlavə, Şamda müvəqqəti hökumətin Xarici İşlər Naziri Əsəd Həsən Şeybaninin İranın Suriyada xaos yaratmağa çalışmamalı olduğu ilə bağlı xəbərdarlığına cavab olaraq, İranlı həmkarı Abbas Araqçı isə “Həm bizim, həm də Suriyada qələbə qazandığını düşünənlər üçün hələ bir qərar çıxarmaq üçün çox erkən olduğunu düşünürəm,” ifadəsini işlətdi. Bu açıqlamaların ardınca, Hələbdə nusayrilərin önəmli ziyarətgahlarından biri olan Əbu Abdullah Hüseyn əl-Hasibinin türbəsinin yandırıldığına dair köhnə bir videonun yayılmasından sonra Suriyada nusayrilər Lazkiyə, Tartus, Homs və Hama şəhərlərində küçələrə çıxdılar.

Baş verən hadisələr göstərir ki, İran bir tərəfdən uzun illərdir “təqfirçi-sələfi terrorçular” kimi tanətdəğə Heyət Təhrir əş-Şamın (HTŞ) və ümumilikdə müxalif qrupların leqitimlik qazanmasının, digər tərəfdən isə Suriyada hələ də mövcud olan təhlükəsizlik risklərinin aradan qaldırılmasının qarşısını almağa çalışacaq. Hər iki məqamda İranın əlində müəyyən alətlər mövcuddur.

Suriyanın yeni höküməti əslində digər dövlətlərin onlarla bərabərhüquqlu münasibət qurmasına və əməkdaşlıq etməyə hazır olmasına ehtiyac duyur. Bu ilk növbədə HTŞ-nin yeni legitim siyasi kimlik qazanması və keçid dövrünün maksimum dərəcədə qansız və sakit keçməsi şərtlərindən asılıdır. Bu iki məqam keçid dövründən sonra Suriyada seçkilərin və yeni idarəetmə formasının müəyyənləşməsi proseslərinin sağlam şəkildə irəliləməsi və ölkənin yenidən qurulması üçün vacibdir. Bu səbəbdən Suriyada tez bir zamanda və bütün tərəflərin iştirakı ilə yeni bir konstitusiyanın hazırlanması və seçkilərlə bağlı yol xəritəsinin müəyyən edilməsi mühüm əhəmiyyət daşıyır. Lakin bu prosesin uzanması, müvəqqəti hökumətin əleyhinə işləyəcəyi kimi, prosesi sabotaj etmək istəyən tərəfləri də cəsarətləndirəcək. İran, Suriyada baş verənlər mövzusunda regiondakı ərəb dövlətlərinin, xüsusən də Körfəz ölkələrinin və Misirin tərəddüdlərindən xəbərdardır. Bu ölkələr arab baharından sonra hakimiyyətə gələ bilmiş “İxvan” hərəkatına münasibətdə məsafəli davranər, hətta bəzi hallarda bu hərəkatı öz hakimiyyətlərinə təhdid olaraq görməkdədirlər. Beləliklə bu ölkələrin heç biri Yaxın Şərqdə uzun müddətdir gündəmdə olmayan bir rejim müzakirəsinin yenidən ortaya çıxmasını istəmir. Bundan əlavə, İranın son zamanlar başda Səudiyyə Ərəbistanı olmaqla, keçmiş illərdə ciddi problemlər yaşadığı bəzi ərəb dövlətləri ilə əlaqələrini müəyyən qədər normallaşdırdığı da diqqətə alınmalıdır. “Müsəlman Qardaşları”nın hakimiyyətə iddia etməsini belə bir təhlükəsizlik təhdidi kimi görən bu dövlətlərin, Suriyadakı yeni idarəetmə ilə bağlı sürətlə müsbət mövqe ortaya qoymasını gözləmək düzgün olmaz.

Vurğulamaq lazımdır ki, İranın Suriyanın sabitliyi və bütövlüyü ilə bağlı mövqeyində də müəyyən risklər var. Bu məqamda İran Suriyada hökumət əleyhinə nümayişləri dəstəkləmə yolunu seçə bilər. Suriyada dekabr ayının son günlərində baş verən hərəkətlilik bunun diqqətəlayiq göstəricisidir. Bundan əlavə, İran PYD/YPG ünsürlərini terror təşkilatı kimi qəbul etmədiyi üçün onları dəstəkləyərkən, eyni zamanda İŞİD terrorçuları məsələsini də gündəmə gətirə bilər. Elə buna görə də Qərb mediası ilə eyni vaxtda İran mediasında da Türkiyənin Suriyanın şimalında bölücü terror qruplaşmalarına qarşı həyata keçirdiyi antiterror əməliyyatları barədə dezinformasiya yayılmağa başlayıb. Bundan əlavə, İran mediasının və hətta bəzi rəhbərlərinin, İŞİD terrorunun ortaya çıxmasından sonra Qərb mediası ilə eyni ahəngdə Türkiyəni bu terror təşkilatı ilə əlaqələndirmək səyləri unudulmamalıdır. Həm İŞİD, həm də PYD/YPG terrorunun alət kimi istifadə edilməsi məsələsində İran ilə ABŞ-ın mövqelərinin başlanğıcdan bir-birinə yaxın olduğu diqqətə alınmalıdır. Son günlərdə ABŞ-dan gələn açıqlamalarda vurğulanan bu iki məqamın İran tərəfindən də ön plana çıxarıldığı görünür. Şübhəsiz ki, bu proses İranın ABŞ ilə münasibətlərinə də təsir edəcək.

Bu mənada ABŞ və İran, Suriyada birbaşa əməkdaşlıq etməsələr də, müəyyən məsələlərdə dolaylı əməkdaşlıq edə bilər, maraqlarını uzlaşdıra bilərlər. Təbii ki, burada əsas vacib iki factor kimi yeni hökümətə münasibət və Türkiyə amilləridir. Təbii ki, burada Vaşinqtonun əsas hədəfi həm də Ankara ilə Tehranı üz-üzə gətirmək ola bilər.

Vüqar Zifəroğlu

Cross Media Təhlil Mərkəzinin analitiki, Yaxın Şərq məsələləri üzrə ekspert

www.yenicag.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://yenicag.az
archiveBu xəbər 07 Yanvar 2025 13:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see239

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see171

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see169

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see162

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see157

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see156

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see152

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see148

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see147

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see145

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see139

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see136

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see134

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri