İranın xarici işlər naziri Qrossi ilə nüvə sazişini müzakirə edib
Icma.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.
Bizimyol.info xəbər verir ki, bu, onların iki gündə ikinci görüşü olub.
"İranın nüvə problemi ilə bağlı məsləhətləşmələrin davam etdiyi bu görüşdə diplomatiyanın davam etdirilməsi və İranın nüvə problemi ətrafında gərginliyin artmasının qarşısının alınması məsələləri müzakirə olunub", - deyə İran Xarici İşlər Nazirliyinin mətbuat xidməti bildirib.
Sentyabrın 22-də BMT Baş Assambleyası çərçivəsində Qrossi və Əraqçi arasında İranın nüvə proqramı üzrə danışıqların birinci raundu keçirilib.
Çərşənbə günü, sentyabrın 24-də Fransa prezidenti Emmanuel Makron iranlı həmkarı Məsud Pezeşkian ilə görüşəcək.
Danışıqlar nüvə proqramı ilə bağlı Tehrana qarşı sanksiyaların bərpasının qarşısının alınması istiqamətində səylərin gücləndirilməsi fonunda baş tutacaq.
Makron BMT Baş Assambleyasında çıxışı zamanı xəbərdarlıq edib: “İran ya jest edib, əvvəlki kursuna qayıtmağa imkan verəcək sülh və məsuliyyət yoluna qayıdacaq, ya da sanksiyalar tətbiq edilməli olacaq”.
Fransa liderinin sözlərinə görə, o, iranlı həmkarı ilə bu məsələlərin hər birini müzakirə edəcək.
Qadir, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 24 Sentyabr 2025 11:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















