Icma.az
close
up
RU
İranın yeni dini lideri kim ola bilər? ŞƏRH

İranın yeni dini lideri kim ola bilər? ŞƏRH

Tribuna saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ötən günlərdə İrandakı molla rejiminə yaxın mənbələr xəbər yayıblar ki, bu ölkənin dini lideri Əli Xamineyi baş verən hadisələrdən dərin sarsıntı keçirib və səhhətində ağırlaşma var.

Tribunainfo.az xəbər verir ki, bundan başqa, onun öz yerinə üç namizəd müəyyən etdiyinə dair də məlumatlar var.


Siyasi şərhçi Firkət Fəraməzoğlu Tribunainfo.az-a açıqlamasında bu məsələləri şərh edib. O bildirib ki, Əli Xamineyinin səhhətində problem yaranması ilə bağlı xəbəri iki cür oxumaq mümkündür. “Birincisi, həqiqətən də Xamineyinin səhhtəti pisləşib. Zatən yaşlıdır və uzun zamandır həkim nəzarəti altındadır. Və rəsmilər mümkün ölüm xəbərini (baş verərsə) pilləli və ehtiyatlı şəkildə cəmiyyətə çatdırmaq istəyir”.
O qeyd edib ki, belə bir yanaşma ona görə seçilib ki, mümkün ölüm xəbəri İran cəmiyyətində çaxnaşmaya, etirazların baş verməməsinə səbəb olmasın.
Fəraməzoğlu ikinci yanaşma kimi, İsrailin ehtimal olunan sui-qəsdi vurğulayıb. “İsrailin ehtimal olunan sui qəsdi baş verərsə, bunu gizlətmək üçün qəsdən səhhət məsələsini ortaya atıblar. Yəni, sabah inkar etsinlər ki, belə bir şey yoxdur. Çünki Xamineyi öldürülərsə, İrandakı molla rejiminin qalma ehtimalı ən minimuma düşəcək. Həmçinin sui-qəsdin təsdiqi xalqın da haqlı olaraq “siz özünüzü qoruya bilmirsiz, bizi necə qoruyacaqsız” sualını gündəmə gətirəcək və meydanda hesab tələb edəcək”.
Bəs, Xamineyinin yerinə kim gələ bilər? Fikrət Fəraməzoğlu bildirir ki, İranda bu postu tuta biləcək adamların sayı az deyil. Onların içindən üç nəfərin seçilməsi üçün bu günə deyil, eyni zamanda gələcəyə də hesablanıb. “Birinci ehtimal Xamineyinin oğlu Müctəbadır. Onun uzun zamandır təbliğatı aparılırdı. Bir müddət özünü dini lider kimi aparması barədə də məlumat vardı”.
Siyasi şərhçi vurğulayıb ki, ikinci namizəd sırasında dini cameədə kifayət qədər nüfuzlu olan ayətullah Cavad Amuli gələ bilər. “Onun bu yaxınlarda İraqa səfər edərək, orada şiələrin lideri Sistani ilə görüşməsi təsadüf kimi görünmür”.
Fəraməzoğlu Xamineyinin müşaviri, keçmiş spiker Əli Laricaninin də şansının az olmadığını düşünür. O hesab edir ki, nüfuzlu ailənin nümayəndəsi olan Laricani, həm də siyasət ustası kimi tanınır. “O, islahatçılar qanadında təmsil olunur. Cəmiyyətdə müəyyən nüfuzu var. Ara-sıra rejimə qarşı çıxması da olub”.
Siyasi ekspert başqa namizədlərin də olma ehtimalını da vurğulayıb. “Məsələn, İranda inqilabın rəhbəri olan Xomeyninin nəvəsi Həsən Xomeyni onlardan biridir. Düzdür, onun reputasiyası yaxşı deyil. Şansları da az hesab olunur. Lakin mümkün ehtimallar sırasındadır”.
Bundan başqa, o, keçmiş prezident Məhəmməd Xatəmini də əsas namizəd ola biləcəyini istisna etməyib. “Niyə məhz Xatəmi? Onun hakimiyyəti dönəmində İran iqtisadi rifahın ən yaxşı dönəmini keçirib. İslahatçıdır və cəmiyyətdə nüfuzu az deyil. Post müharibə dövründə proseslərin “əl ayağını” yığa biləcək gücdədir. Qərblə münasibətlər qurmaqda maraqlı tərəfdir və optimal hökumət komandası qurmaq imkanına sahibdir. Rejim ömrünü uzatmaq üçün onu önə verə bilər”.

F\rda Uğur

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 23 İyun 2025 13:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see825

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see327

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see310

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see296

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see278

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see268

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see245

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see243

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see196

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see195

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see192

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see190

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see190

Yumurta çörək yeməklə 100 min dollar yığdı

09 Oktyabr 2026 19:52see190

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see189

DGK də BMW X5 in gömrük dəyəri ilə bağlı narazılıq: Vətəndaş Şahin Bağırova şikayət etdi

09 Oktyabr 2026 22:28see188

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see183

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see183

Xərçəngin müalicəsində tarixi İRƏLİLƏYİŞ: xəstələrin sağ qalma müddətini ikiqat artıran möcüzəvi həb

09 Oktyabr 2026 20:17see168

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri