İranla bağlı müxtəlif ssenarilər ola bilər
Icma.az bildirir, Newscenter.az saytına əsaslanaraq.
"Qonşu ölkədə baş verən istənilən ciddi proses bütövlükdə regionda ümumi sabitliyə təsir edən əsas amillərdən biridir".
Newscenter.az xəbər verir ki, bunu siyasi şərhçi Rafail Becanov deyib. O bildirib ki, hazırda müharibənin dördüncü (dünən, artıq 5-ci gündür) günüdür və hələ hansı mərhələlərin olacağı proqnozlaşdırılmır:
"Ona görə ki, hər iki tərəf bir-birinə qarşı aqressiv hücum xəttində və mövqeyində dayanıblar.
Təbii ki, Azərbaycan cəmiyyətində də fərqli emosiyaların, reaksiyaların şahidi olmaq mümkündür. Amma ən əsas məsələ odur ki, biz xalq olaraq öz dövlətimizin maraqlarını, milli maraqlarımızı əsas götürməliyik. Məsələyə Azərbaycanın maraqları prizmasından yanaşmalıyıq.
Əlbəttə ki, baş verən müharibədə Güney Azərbaycandakı soydaşlarımızın taleyi də bizi düşündürən əsas məsələlərdən biridir. Hadisələrin hansı məcrada inkişaf edəcəyi ilə bağlı ümumi fikirlər və məlumatlar, gələn informasiyalar onu göstərir ki, proses dərinləşmə istiqamətindədir. Çox istərdik ki, müharibə deyil, sabitlik olsun. Lakin bu məsələ artıq fərqli istiqamətdə yönəlib. Hər iki halda soydaşlarımız əziyyət çəkir və müharibə dəhşətlərinin şahidi olurlar".
O qeyd edib ki, İranla bağlı müxtəlif ssenarilər ola bilər:
"İranda yaşayan soydaşlarımız da bütün bu ssenarilərə hazır olmalıdırlar ki, əziyyət çəkməsinlər və prosesdən daha çox fayda götürə bilsinlər. Lakin bütövlükdə İranda baş verən müharibənin region üçün müxtəlif çətinliklər yarada biləcəyi ehtimalını da gözardı etməməliyik".
Süleyman
Bu mövzuda digər xəbərlər:Ağ Evdə İranla bağlı hərbi ssenarilər müzakirə edilir
18 May 2026 09:43
Emil Deçev: Təhlükəsizliklə bağlı müxtəlif ssenarilər nəzərdən keçirilir
28 Fevral 2026 16:44
Fidandan İranla bağlı yeni anons: 45 60 günə ola bilər
13 Aprel 2026 13:49
Netanyahunun İranla bağlı PLANI
15 İyun 2025 14:15
Trampdan İranla bağlı qərar
12 Fevral 2026 07:44
Baxış sayı:131
Bu xəbər 04 Mart 2026 14:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















