İranla sərhədyanı ərazilərdə yeni nəsil mobil şəbəkələr tətbiq ediləcək
Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Azərbaycan İranla sərhədyanı ərazilərdə 700/800 MHz tezlik zolaqlarında televiziya yayımının boşaldılması istiqamətində işlər görür.
Bu barədə “APA-Economics”in sorğusuna cavab olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib.
Məlumata görə, 10-12 iyun tarixində Bakıda İran tərəfi ilə keçirilən görüşlərdə televiziya və radio yayımları sahəsi üzrə razılaşmalar əldə olunub.
Nazirlikdən bildirilib ki, razılaşmaların əsas məqsədi televiziya və radio yayımlarının texniki tənzimlənməsidir. Bu, yayım siqnalları arasında qarşılıqlı maneələrin yaranmasının qarşısını almağa xidmət edir.
Razılaşmalar çərçivəsində İranla sərhədyanı ərazilərdə 700/800 MHz tezlik zolaqlarında televiziya yayımının boşaldılması yeni nəsil mobil rabitə şəbəkələrinin tətbiqi və inkişafı məqsədi daşıyır.
Qeyd edək ki, 700 MHz və 800 MHz tezlik diapazonları uzun illər əsasən televiziya və FM radio yayımı üçün istifadə olunub. Dünyada artıq çoxdan 700 MHz və 800 MHz tezlikləri mobil operatorlara ayrılıb. Avropa İttifaqı və ITU (Beynəlxalq Telekommunikasiya İttifaqı) ölkələri bu zolaqları əsasən 4G/5G üçün istifadəyə veriblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 22 Oktyabr 2025 15:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















