İranlı ekspert: “Zəngəzur dəhlizi digər münaqişə bölgələrində də tətbiq oluna bilər”
Icma.az, Tribuna portalına istinadən məlumat yayır.
“Vaşinqton razılaşmasını Qafqazda “yumşaq dəhliz” modelinin həyata keçirilməsinin ilk ciddi nümunəsi hesab etmək olar. Əgər bu model uğurlu olarsa, yəni marşrut maneəsiz fəaliyyətə başlayarsa və ciddi daxili və ya xarici reaksiyalara səbəb olmazsa, onun digər münaqişə bölgələrində də təkrarlanma ehtimalı yüksəkdir”.
Tribunainfo.az xəbər verir ki, bunu iranlı ekspert Məsumə Məhəmmədi deyib.
Onun sözlərinə görə, iqtisadi baxımdan yeni marşrut Türkiyə ilə Bakı arasında tranzit vaxtını və xərcləri azalda bilər. “Bu, regional gəmiçilik və ticarət şirkətləri üçün cəlbedicidir. Amma strateji səviyyədə marşrutların Ankara-Bakı-Vaşinqton oxunda cəmləşməsi alternativ marşrutları – İran da daxil olmaqla, marjinallaşdıra biləcək yeni iqtisadi güc qütbünün formalaşması deməkdir”.
Xanım Məhəmmədi qeyd edib ki, Zəngəzur dəhlizi daha böyük layihələr üçün nəzərədə tutulub. “Bu, həm də “regional iqtisadi əməkdaşlıq” adı altında hazırlanmış, lakin əslində geosiyasi məqsədlər üçün nəzərdə tutulmuş daha böyük layihələr üçün platformaya çevrilə bilər”.
Fərda Uğur
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 14 Avqust 2025 13:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















