Ötən il “Bank VTB Azərbaycan”ın xalis mənfəəti azalıb HESABAT
Icma.az, Apa.az saytına istinadən bildirir.
“Bank VTB Azərbaycan” 2025-ci il üzrə maliyyə hesabatlarını açıqlayıb.
“APA-Economics” banka istinadən xəbər verir ki, 2025-ci il ərzində “Bank VTB Azərbaycan”xalis mənfəəti əvvəlki illə 4.5% azalaraq 9 milyon 111 min manat təşkil edib. 2024-cü ildə bank 9 milyon 538 min manat xalis mənfəət əldə etmişdi.
Hesabat dövründə bankın faiz gəlirləri 24% artaraq 40 milyon 446 min manat, faiz xərcləri isə 18.9% artaraq 10 milyon 89 min manat təşkil edib. Bu dövrdə bankın qeyri-faiz gəlirləri 14 milyon 896 min manata ( illik müqayisədə 0.72% çox), qeyri-faiz xərcləri isə 34 milyon 148 min manata ( illik müqayisədə 14.4% çox) bərabər olub.
Cari ilin yanvar ayının 1-nə bankın aktivləri ötən ilin əvvəli ilə müqayisədə 3.4% və ya 10.9 milyon manat azalaraq 306 milyon 222 min manata enib . Ötən il “Bank VTB Azərbaycan”nın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 3.7% və ya 8.6 milyon manat artaraq 243 milyon 638 min manata bərabər olub.
Bu dövrdə “Bank VTB Azərbaycan”nın cəmi öhdəlikləri 196 milyon 290 min manat təşkil edib ki, əvvəlki illə müqayisədə 9.2% və ya 19.8 milyon manat azdır.
2025-ci ildə fiziki şəxslərin depozitləri 2024-cü ilə nisbətən 5.2 milyon manat artaraq 75 milyon 262 min manat, hüquqi şəxslərin (şirkətlərin) depozitləri isə 17.6 milyon manat azalaraq 26 milyon 552 min manata enib. Beləliklə bankın ümumi depozit portfeli ötən il 10.8% və ya 12 milyon 339 min manat manat azalaraq 101 milyon 814 min manata enib.
2026-cı il yanvar ayının 1-nə “Bank VTB Azərbaycan”nın cəmi kapitalı ötən ilin əvvəli ilə müqayisədə 8.9% və ya 8 milyon 945 manat artaraq 109 milyon 931 min manat təşkil edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 15 Yanvar 2026 16:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















