Icma.az
close
up
RU
İranlı parlamentari: Ölkəmiz Azərbaycanla bütün sahələrdə əməkdaşlıq etməkdə maraqlıdır AZƏRTAC

İranlı parlamentari: Ölkəmiz Azərbaycanla bütün sahələrdə əməkdaşlıq etməkdə maraqlıdır AZƏRTAC

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 16 noyabr, AZƏRTAC

Noyabrın 16-da Milli Məclis sədrinin müavini, Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Ziyafət Əsgərovun ölkəmizdə səfərdə olan İran İslam Şurası Məclisinin deputatı Məhəmməd Cavad Əsgərinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşü keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə Ziyafət Əsgərov Azərbaycanla İran arasında dostluq əlaqələrinin inkişaf etdiyini söyləyib. O, cari ilin sentyabr ayında Azərbaycanda növbədənkənar parlament seçkilərinin keçirildiyini, VII çağırış Milli Məclisin formalaşdığını, İranla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun yaradıldığı bildirib. Ölkələrimizin siyasi, iqtisadi, mədəni, humanitar sahələrdə əməkdaşlıq etdiyini deyib.

Milli Məclis sədrinin müavini hazırda Azərbaycanın ev sahibliyi ilə Bakıda COP29-un yüksək səviyyədə keçirildiyini diqqətə çatdırıb. COP29 çərçivəsində Parlamentlərarası İttifaq və Milli Məclisin birgə təşkilatçılığı ilə Parlament Görüşünün işə başladığını və İran parlament nümayəndə heyətinin bu mühüm tədbirdə iştirak etdiyini məmnunluqla qeyd edib. O, toplantıda ətraf mühitin mühafizəsi və iqlim dəyişmələrinin fəsadlarının aradan qaldırılması məsələlərinə xüsusi önəm verildiyini, bu istiqamətdə parlamentlərin verə biləcəyi töhfələrdən bəhs edib.

İran İslam Şurası Məclisinin nümayəndə heyətinin rəhbəri Məhəmməd Cavad Əsgəri səmimi görüşə görə təşəkkürünü ifadə edib. O, İranın Azərbaycanla bütün sahələrdə əməkdaşlıq etməkdə maraqlı olduğunu söyləyib, əlaqələrin daha da genişləndirilməsi üçün potensial imkanların mövcudluğunu qeyd edib, münasibətlərimizin möhkəmlənməsində parlamentlərin rolundan danışıb.

Məhəmməd Cavad Əsgəri Azərbaycanda keçirilən COP29-un və COP29 çərçivəsində Parlament Görüşünün yüksək səviyyədə təşkil olunduğuna görə təbriklərini çatdırıb, ekoloji problemlərin həllinə həsr edilmiş bu tədbirin mühüm qlobal əhəmiyyətini vurğulayıb. O, iqlim dəyişmələrinin mənfi təsirlərindən qorunmaq və onun fəsadlarının aradan qaldırılması üçün dövlətlərin və parlamentlərin birgə səylərinin önəmli olduğunu bildirib.

Görüşdə tərəfləri maraqlandıran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:100
embedMənbə:https://azertag.az
archiveBu xəbər 16 Noyabr 2024 19:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see266

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see192

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see184

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see159

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see156

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see153

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see152

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see151

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see145

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see144

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see140

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see139

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see139

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see136

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see133

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see130

MDU yeni akademik inkişaf mərhələsinə qədəm qoyur

17 Yanvar 2026 14:03see127

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri