Icma.az
close
up
RU
Ölkəmiz Azərbaycanla bütün sahələrdə əməkdaşlıq etməkdə maraqlıdır

Ölkəmiz Azərbaycanla bütün sahələrdə əməkdaşlıq etməkdə maraqlıdır

Sia Az saytından alınan məlumata görə, Icma.az bildirir.

Noyabrın 16-da Milli Məclis sədrinin müavini, Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Ziyafət Əsgərovun ölkəmizdə səfərdə olan İran İslam Şurası Məclisinin deputatı Məhəmməd Cavad Əsgərinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşü keçirilib.

SİA xəbər verir ki, Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, görüşdə Ziyafət Əsgərov Azərbaycanla İran arasında dostluq əlaqələrinin inkişaf etdiyini söyləyib. O, cari ilin sentyabr ayında Azərbaycanda növbədənkənar parlament seçkilərinin keçirildiyini, VII çağırış Milli Məclisin formalaşdığını, İranla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun yaradıldığı bildirib. Ölkələrimizin siyasi, iqtisadi, mədəni, humanitar sahələrdə əməkdaşlıq etdiyini deyib.

Milli Məclis sədrinin müavini hazırda Azərbaycanın ev sahibliyi ilə Bakıda COP29-un yüksək səviyyədə keçirildiyini diqqətə çatdırıb. COP29 çərçivəsində Parlamentlərarası İttifaq və Milli Məclisin birgə təşkilatçılığı ilə Parlament Görüşünün işə başladığını və İran parlament nümayəndə heyətinin bu mühüm tədbirdə iştirak etdiyini məmnunluqla qeyd edib. O, toplantıda ətraf mühitin mühafizəsi və iqlim dəyişmələrinin fəsadlarının aradan qaldırılması məsələlərinə xüsusi önəm verildiyini, bu istiqamətdə parlamentlərin verə biləcəyi töhfələrdən bəhs edib.

İran İslam Şurası Məclisinin nümayəndə heyətinin rəhbəri Məhəmməd Cavad Əsgəri səmimi görüşə görə təşəkkürünü ifadə edib. O, İranın Azərbaycanla bütün sahələrdə əməkdaşlıq etməkdə maraqlı olduğunu söyləyib, əlaqələrin daha da genişləndirilməsi üçün potensial imkanların mövcudluğunu qeyd edib, münasibətlərimizin möhkəmlənməsində parlamentlərin rolundan danışıb.

Məhəmməd Cavad Əsgəri Azərbaycanda keçirilən COP29-un və COP29 çərçivəsində Parlament Görüşünün yüksək səviyyədə təşkil olunduğuna görə təbriklərini çatdırıb, ekoloji problemlərin həllinə həsr edilmiş bu tədbirin mühüm qlobal əhəmiyyətini vurğulayıb. O, iqlim dəyişmələrinin mənfi təsirlərindən qorunmaq və onun fəsadlarının aradan qaldırılması üçün dövlətlərin və parlamentlərin birgə səylərinin önəmli olduğunu bildirib.

Görüşdə tərəfləri maraqlandıran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://sia.az
archiveBu xəbər 16 Noyabr 2024 19:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see266

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see237

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see183

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see156

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see147

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see144

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri