Icma.az
close
up
RU
İranlı politoloq: Tehran Tramp yolu ndan məmnun deyil

İranlı politoloq: Tehran Tramp yolu ndan məmnun deyil

Icma.az xəbər verir, Azvision saytına əsaslanaraq.

Bu sözləri İran-Avrasiya Təhqiqatları İnstitutunun direktor müavini, politoloq Armina Arm "Sputnik Armenia" xəbər saytına müsahibəsində dilə gətirib. O bildirib ki, rəsmi Tehran "Tramp yolu" layihəsinin icrası fonunda özünün "qırmızı xətləri" barədə Bakı və İrəvanı dəfələrlə məlumatlandırıb: "İran hazırda prosesin gedişini izləyir".
Xanım politoloqun sözlərinə görə, Tehranın son illər Yaxın Şərqdəki hadisələrə, İsraillə müharibəyə, özünün nüvə proqramı ətrafında formalaşan gərgin vəziyyətə başı qarışıb:
"Ona görə də Cənubi Qafqaza lazımınca diqqət ayıra bilməyib. Eyni zamanda, müttəfiq Rusiyanın da Ukraynada müharibə ilə əlaqədar regionda "aktivliyi" azaldığı üçün hazırkı vəziyyət əmələ gəlib".

(İran-Avrasiya Təhqiqatları İnstitutunun direktor müavini, politoloq Armina Arm)
Armina Arm vurğulayıb ki, Yaxın Şərqdə müəyyən sabitliyin yaranması fonunda İran Cənubi Qafqazda nüfuzunu artırmaq niyyətindədir:
"Tehran, əlbəttə, həm Ermənistan, həm də Azərbaycanla normal münasibətlərin inkişafına maraq göstərir, bu ölkələr arasında sülhə töhfə verən hər cür təşəbbüsü alqışlayır. Hərçənd "Tramp yolu" layihəsi İranın nəzərindən anlaşılmaz qalmaqdadır. Onun narahatlığı bu layihənin həyata keçirilməsinə, icrasına qoşulan tərəflərlə əlaqədardır".
Mütəxəssis vurğulayır ki, Ukraynada müharibə başa çatdıqda, Rusiya yenidən Cənubi Qafqaza fokuslandıqda layihənin reallaşması istiqamətində vəziyyət tamamilə dəyişə bilər.
Xatırladaq ki, avqustun 8-də Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ liderləri münaqişənin sülh yolu ilə həllinə, Bakı ilə İrəvan arasında nəqliyyat dəhlizinin yaradılmasına dair birgə bəyannamə imzalayıblar. İmzalama mərasimində Donald Tramp Zəngəzur dəhlizindən də danışaraq, ABŞ-nin Ermənistanla 99 illik müqavilə imzaladığını, bu müqavilənin daha 99 il uzadılacağını, dəhlizin "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" ("Tramp yolu" / TRIPP) adlanacağını bildirib.
Öz növbəsində, Prezident İlham Əliyev Ağ Evdə birgə mətbuata bəyanatda söyləyib ki, sözügedən təşəbbüs çoxsaylı ölkələr üçün bağlantı imkanları yaradacaq:
Just Security: "Azərbaycan logistik mərkəzə çevrilir"
"Bu, həqiqətən, tarixi gündür. Qafqazda sülhü bərqərar edirik. Bu fürsət təkcə bizim regionla məhdudlaşmayacaq. Prezident Donald Trampın da düzgün qeyd etdiyi kimi, "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" yeni bağlantı əlaqələri yaradacaq, sədləri aradan qaldıracaq və sərmayələr, firavanlıq, sabitlik sayəsində çoxsaylı ölkələr üçün bağlantı imkanları yaradacaq".
Ermənistanın Baş naziri Nikol Paşinyan da avqustun 15-də ABŞ-nin "Fox News" telekanalına müsahibəsində, eləcə də sonrakı çıxışlarında layihə haqqında danışıb. Onun sözlərinə görə, imzalanmış saziş və bəyannamədə bütün tərəflər üçün, o cümlədən İran və Rusiya üçün nəzərəçarpan real faydalar var. Eyni zamanda, İran Prezidenti Məsud Pezeşkiyanın avqustun 19-da İrəvana səfəri əsnasında da bu məsələyə toxunulub. Maraqlıdır ki, o həmin dövrdə bu layihələri müsbət qiymətləndirmişdi.
Firudin Həmidli
AzVision.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:249
embedMənbə:https://azvision.az
archiveBu xəbər 10 Dekabr 2025 14:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see324

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see291

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see283

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see278

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see273

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see269

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see267

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see253

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see248

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see243

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see231

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see230

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see228

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see227

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see226

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see222

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see218

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see208

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see199

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri