İraqda futbol sevinci rəsmi tətilə çevrildi
Icma.az bildirir, Unikal.az saytına əsaslanaraq.
İraq milli komandasının 2026-cı ildə keçiriləcək dünya çempionatının final mərhələsinə vəsiqə qazanması ölkədə böyük coşquya səbəb olub və bu tarixi uğur münasibətilə ikigünlük tətil elan edilib.
"Unikal" xəbər verir ki, bu barədə İraq İnformasiya Agentliyi (INA) tərəfindən məlumat yayılıb.
Bildirilib ki, İraq hökuməti qazanılan bu möhtəşəm nailiyyətini qeyd etmək məqsədilə 1 və 2 aprel tarixlərində rəsmi olaraq qeyri-iş günü təyin edib. Sözügedən tətil sərəncamına isə ölkənin Baş naziri Məhəmməd əs-Sudani şəxsən imza atıb.
Qeyd edək ki, İraq yığması öz tarixində cəmi ikinci dəfədir ki, bu mötəbər mundialda iştirak etmək hüququ əldə edib. Komanda bundan əvvəl yalnız 1986-cı ildə turnirə qatılmağı bacarıb və həmin vaxt qrup mərhələsini sonuncu pillədə başa vurub.
Xatırladaq ki, püşkatmanın nəticələrinə əsasən, I qrupunda qərarlaşan İraq milli komandası növbəti mərhələlər uğrunda Fransa, Seneqal və Norveç kimi güclü yığmalarla gərgin mübarizə aparacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 01 Aprel 2026 19:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















