Icma.az
close
up
RU
İrəvan 2 həftəyə konstitusiyanı dəyişir: Sirr kimi saxlanan sənəd

İrəvan 2 həftəyə konstitusiyanı dəyişir: Sirr kimi saxlanan sənəd

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ermənistan hakimiyyəti yeni konstitusiyanın konseptual hissəsi üzərində işi başa çatdırır. 

Ədliyyə naziri SrbuhiQalyanın sözlərinə görə, növbəti iki həftə ərzində yekun müddəalar müzakirə olunacaq, bundan sonra əsas qanunun tam mətni yekunlaşdırılacaq. İyulun 3-də hökumətin iclasından sonra Ermənistanın ədliyyə naziri SrbuhiQalyan jurnalistlərə bildirib ki, yeni konstitusiya layihəsinin əsas ideyalarının müzakirəsi həlledici mərhələyə qədəm qoyur. İki həftə ərzində Konstitusiya Şurasının üzvləri sonra yekun mətnin əsasını təşkil edəcək razılaşdırılmış yanaşmaları təqdim edəcəklər. 

Qalyan qeyd edib ki, bəzi əsas müddəalar artıq formalaşıb. Lakin bir sıra mövzular üzrə fikir mübadiləsi davam edir və onlara yalnız qarşıdakı müzakirələr zamanı aydınlıq gətiriləcək. 

Mətn üzərində işin nə qədər tamamlandığınıqiymətləndirməkdən çəkinən nazir müzakirələr zamanı əhəmiyyətli dəyişikliklərin mümkün olduğunu deyib. Lakin Ermənistan konstitusiyanın preambulasının mətni və xüsusilə də 1990-cı il “İstiqlal Bəyannaməsi”nə istinad hissəsi ilə bağlı məsələlər açıq qalır.

Qeyd edək ki, Azərbaycan sülh müqaviləsinin bağlanması üçün Ermənistan konstitusiyasına dəyişikliklər edilməsini əsas tələblərdən biri kimi irəli sürür. Söhbət konstitusiyanın preambulasında Ermənistanın “Müstəqillik Bəyannaməsi”nə istinad hissəsinin ali qanundan çıxarılmasından gedir. 

“Müstəqillik Bəyannaməsi”ndə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan SSR-ə birləşdirilməsinə dair 1989-cu il dekabrın 1-də qəbul olunmuş qərar hüquqi əsas kimi götürülür. 

Əgər Ermənistan konstitusiyasının yeni mətnində Azərbaycana qarşı ərazi iddiası qalmaqda davam edərsə, o zaman sülh müqaviləsinin imzalanması mümkünsüz olacaq. Ədliyyə naziri Qalyan Ermənistanın yeni konstitusiyasında Azərbaycanın tələblərinin nəzərə alınıb-alınmadığına da aydınlıq gətirmir. Hələlik məlum olan yeganə xəbər Ermənistanda konstitusiya referendumunun keçiriləcəyinə hazırlığın getməsi ilə bağlıdır. 

Əgər “Müstəqillik  Bəyannaməsi”nə istinad hissəsi yeni konstitusiya layihəsindən çıxarılarsa, 2027-ci ilin əvvəlində  çərçivə sülh sazişinin imzlanacağınısöyləmək olar. Ola bilsin ki, Ermənistanda kilsə ilə siyasi qarşıdurmanın dərinləşməsi fonunda Nikol Paşinyan hökuməti bu faktı cəmiyyətə açıqlamaq istəmir.  Əks təqdirdə, kilsə və revanşist müxalifət 2026-cı ilin iyun ayında keçiriləcək parlament seçkiləri öncəsi bu amildən Paşinyana qarşı siyasi ittiham aktı kimi istifadə edə bilərlər. 

Əgər Paşinyan hakimiyyəti preambula hissəsini konstitusiya layihəsində saxlamağı qərara alsa, o zaman 2027-ci ildən etibarən Azərbaycanla Ermənistan arasındakı sülh danışıqları dalana dirənəcək ki, bu da münasibətlərin yenidən gərgin mərhələyə daxil olması deməkdir. 

Rəsmi İrəvan Azərbaycana qarşı ərazi iddiasını konstitusiyada saxlamaq üçün absurd arqumentlər irəli sürür. Paşinyan hökuməti bildirir ki, əgər Ermənistan Konstitusiya Məhkəməsi Azərbaycanla sülh müqaviləsi haqqında müsbət rəy verərsə, bu halda “Müstəqillik Bəyannaməsi”nə istinad hissəsi ikitərəfli münasibətlərə problem yarada bilməz. Bu isə Ermənistanın Azərbaycana qarşı ərazi iddiasının olmadığına dair hüquqi sübutdur. 

Paşinyanın sözlərinə görə,  beynəlxalq hüquq Ermənistanın daxili qanunvericiliyindən üstündür. Ona görə də Ermənistan qanunvericiliyi beynəlxalq və dövlətlərarası müqavilə ilə  ziddiyyət təşkil etdikdə Vyana Konvensiyasının 27-ci maddəsi əsas götürüləcək və Azərbaycanla sülh sazişi təsdiq ediləcək. 

Lakin Paşinyanın bu sözləri hüquqi cəhətdən səhvdir və siyasi imitasiya məqsədi daşıyır. Çünki söhbət hər hansı hüquqi normativ aktdan deyil, konstitusiyadan gedir. 

Ermənistan konstitusiyasının 5-ci maddəsinə görə, bu sənəd ən yüksək hüquqi qüvvəyə malikdir. Doğrudur, 5-ci maddənin  3-cü bəndində qeyd edilir ki, Ermənistan Respublikasının ratifikasiya etdiyi beynəlxalq müqavilələrin normaları ilə Ermənistan qanunları arasında ziddiyyət yarandıqda, beynəlxalq müqavilələrin normaları tətbiq edilir, amma bu maddə hüquqi baxımdan kifayət qədər ziddiyyətli olduğundan, konstitusiyanın aliliyi prinsipi əsas götürülə bilər. Ermənistan konstitusiyasının 116-cı maddəsinin 3-cü bəndi də analoji hüquqi maneə yaradır. 

Orada qeyd edilir ki, Ermənistan parlamenti konstitusiyaya zidd olan beynəlxalq müqavilələri ratifikasiya edə bilməz. Yəni Azərbaycanla sülh müqaviləsi Ermənistan konstitusiyası və qanunvericiliyi ilə ziddiyyət təşkil edərsə, o zaman beynəlxalq hüququn tələbləri əsas götürülməyəcək və parlament həmin sazişi təsdiq etməyəcək. 

Bu isə o deməkdir ki, Ermənistanda Paşinyandan sonra hakimiyyətə gələn istənilən siyasi qüvvə bu maddəni əsas götürüb Azərbaycanla sülh müqaviləsini denosinasiya edəcək. Yəni Ermənistan yenidən Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi üçün qondarma hüquqi dəlillər irəli sürə bilər. 

Müşfiq Abdulla
"Cebheinfo.az" 

Açar sözlər: Sülh müqaviləsi Konstitusiya Paşinyan

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:186
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 04 İyul 2025 13:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see723

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see327

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see290

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see289

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see277

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see267

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see265

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see250

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see243

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see231

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see230

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see226

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see225

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see221

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see210

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see209

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see200

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see196

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see188

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri