İrəvan AB yaxınlaşması: Rusiya milyardlar itirir
Icma.az, Axar.az portalına istinadən məlumat yayır.
Ermənistan-AB yaxınlaşması Rusiya ilə qarşılıqlı ticarət dövriyyəsinə mənfi təsir edir.
Axar.az xəbər verir ki, bunu Rusiya baş nazirin müavini Aleksey Overçuk deyib.
Onun hesablamalarına görə, ilin sonuna qədər ölkələr təxminən 6 milyard dollar itirəcək:
“Bu il də tendensiya davam edir. Bizdə indiki vəziyyətdə 3 milyard dollar azalma var. Aydındır ki, ilin sonuna qədər təxminən 6 milyard dollar itirəcəyik. Ermənistanla AB yaxınlaşmasına görə Rusiya biznesi İrəvanda heç bir perspektivinin olmadığını başa düşür, çünki AB ilə qarşılıqlı fəaliyyət perspektivi də yoxdur. Moskva və İrəvan iqtisadi göstəricilərin səviyyəsini bərpa etmək üçün tənzimləmə mühitinin təkmilləşdirilməsinin zəruriliyini anlayır. Həmçinin bu günlərdə yenidən böyük tıxacların qeydə alındığı “Yuxarı Lars”da keçid məntəqələrinin sayını genişləndirmək lazımdır”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 20 İyun 2025 14:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















