ATƏT Bakı və İrəvanın Qarabağ üzrə ATƏT in Minsk Qrupunu ləğv etmək qərarını alqışlayıb
Icma.az, Bizimyol saytına istinadən bildirir.
Bizimyol.info xəbər verir ki, bunu ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər naziri Elina Valtonen deyib.
“Biz Azərbaycanla sülhün əldə edilməsi istiqamətində atılan mühüm addımları, xüsusən də avqustun 8-də Vaşinqtonda imzalanmış sazişi səmimiyyətlə alqışlayırıq. Biz bütün çağırışlardan və maneələrdən asılı olmayaraq, Ermənistanın sülh gündəliyinə sadiq olcağına inanırıq. Mən ATƏT-in Minsk Qrupunun buraxılması ilə bağlı birgə müraciəti də alqışlayıram”, - deyə Valtonen qeyd edib.
O, prosesin dekabrın sonuna kimi yekunlaşacağına ümid etdiyini bildirib. Valtonenin sözlərinə görə, ATƏT Ermənistanı maraqlandıran sahələrdə İrəvanla əməkdaşlığı davam etdirməyə hazırdır. "Mövcud sülh prosesini gücləndirmək və artıq atılan perspektivli addımların davamlılığını təmin etmək çox vacibdir", - deyə o qeyd edib.
Təşkilat davamlı sülhü təmin etmək üçün tərəfləri sülh müqaviləsi imzalamağa və münasibətləri normallaşdırmağa çağırır. Sentyabrın 1-də ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər naziri Elina Valtonen və ATƏT-in baş katibi Feridun Sinirlioğlu birgə bəyanat yayaraq, təşkilatın bu il dekabrın 1-dək Minsk Qrupunu ləğv edəcəyini bəyan ediblər. Qərar Ermənistan və Azərbaycanın birgə bəyanatı əsasında qəbul edilib.
Qadir, Bizimyol.info


