Icma.az
close
up
RU
İrəvan Bakının tələbini yerinə yetirir: Ermənistanda əsgərlik müddəti buna görə azaldılır?

İrəvan Bakının tələbini yerinə yetirir: Ermənistanda əsgərlik müddəti buna görə azaldılır?

Icma.az, Olke.az portalına istinadən məlumat yayır.

Ermənistanın ortamüddətli perspektivdə məcburi hərbi xidmət müddətini azaltmaq imkanı yoxdur.

"Ölkə.az" xəbər verir ki, bunu Ermənistan Parlamentinin “Mənim şərəfim var” fraksiyasının katibi Tiqran Abramyan Ermənistan Silahlı Qüvvələrində islahatlar konsepsiyasına toxunarkən deyib.

Bundan əvvəl Ermənistan Müdafiə Nazirliyi ölkənin Silahlı Qüvvələrində islahatların aparılması konsepsiyasını dərc edib, ona əsasən, 2027-ci ilə qədər məcburi hərbi xidmət müddətinin azaldılması barədə qərar qəbul ediləcək. Sənəddə qeyd olunduğu kimi, eyni zamanda müqavilə əsasında hərbi qulluqçuların sayı artırılacaq.

Deputat qeyd edib ki, konsepsiyanın “Peşəkar orduya keçid” adlanan 8-ci fəslinin birinci abzasında müqavilə əsasında xidmət edən hərbi qulluqçuların sayının artırılması yolu ilə müddətli hərbi xidmət müddətinin azaldılması nəzərdə tutulur.

"Mövcud tendensiyalar və templərlə dövlətin 2027-ci ilə qədər çağırış müddətinin azaldılması ilə bağlı qərar qəbul etmək imkanı olmayacaq. Üstəlik, işə qəbul problemini hansısa yolla həll etmək üçün yeni və böyük resurslar ayırmalı olacaq", - Abrahamyan əmindir.

Bu səbəbdən o hesab edir ki, hakimiyyət belə bir konsepsiya hazırlamaqla iki məqsəd güdə bilər. Birincisi, konsepsiya seçki kontekstində ola bilər ki, bu da 2026-cı il seçkilərinə qədər cəmiyyət üçün belə həssas məsələnin manipulyasiyasını mümkün edir.

Deputat ikinci şərt kimi Azərbaycanın tələbini göstərir:

“İkincisi, belə bir plan Bakının “Ermənistanın demilitarizasiyası” tələbinin bir hissəsi kimi hazırlanıb ki, bu da silahların, hərbi texnikanın və ordunun sayının azaldılmasını nəzərdə tutur”.(Publika.az)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://olke.az
archiveBu xəbər 24 Noyabr 2024 12:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see380

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see251

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see245

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see244

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see242

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see241

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see239

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see236

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see235

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see234

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see228

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see220

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see217

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see217

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see216

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see216

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see215

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see215

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see215

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri