Icma.az
close
up
RU
İrəvan “Kremlin orbiti”ndən çıxırmı?

İrəvan “Kremlin orbiti”ndən çıxırmı?

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Paşinyan ölkə iqtisadiyyatını yeni rels üzərinə yönəldir

Ermənistanda 7 iyun seçkilərindən sonra Nikol Paşinyan hökuməti ölkənin strateji infrastrukturlar üzərində suverenlik xəttini formalaşdırır və bu xəttin hədəfi iqtisadi effektivlik, Rusiya orbitindən mərhələli çıxışdır. N.Paşinyan ölkənin dəmiryolu sisteminə Rusiya nəzarətindən məmnun deyil və Kremllə razılıq əldə olunmayacağı təqdirdə xarici şirkətlərlə danışıq apara bilər. Baş nazir deyib ki, “Taşir” Şirkətlər Qrupunun rəhbəri Samvel Karapetyana məxsus olan “Ermənistan Elektrik Şəbəkələri” şirkəti konsessiya idarəetməsinə veriləcək: “Elektrik şəbəkələri” ilə bağlı biz konseptual səviyyədə qərar vermişik. Bu, etibarlı idarəetməyə verilmiş dövlət mülkiyyəti olacaq”. Yəni Nikol deyir ki, şirkət dövlətə keçir, amma idarəetmə başqa bir “etibarlı” şirkətə veriləcək.

Nikol Paşinyanın atdığı addımları bu cür izah etmək olar ki, o, Kremlə qarşı açıq siyasi xətt formalaşdırmaq istəmir, üstəlik, ölkədə mövcud rus təsirini radikallıqla kəsib atmaqdansa, həmin nöqtələri alternativ tərəflərə vermək niyyətindədir. İkinci Qarabağ müharibəsindən sonra Ermənistan cəmiyyətində Rusiyanın təhlükəsizlik zəmanətinə olan inam ciddi şəkildə zəifləyib. Bu isə siyasi elitanı iqtisadi sahədə də asılılıqları azaltmağa vadar edir. Enerji və nəqliyyat kimi sektorlar bu sahədə önəmli rol oynayır. Mövcud konsessiya modellərinin effektiv olmaması hökumətə hüquqi və siyasi əsas verir ki, bu müqavilələri yenidən nəzərdən keçirsin. Hətta bəzi hesablamalara görə, Ermənistan bu konsessiyanı kompensasiya yolu ilə geri ala bilər və bunun maliyyə yükü təxminən 150–200 milyon dollar həcmində qiymətləndirilir. Bu isə Kremli daha təmkinli olmağa vadar edir. Yəni paraleldə imkanlar cəhətdən daha üstün tərəf kimi Paşinyan görünür. Yuxarıda da qeyd etdiyimiz kimi, Ermənistan açıq şəkildə Rusiya ilə qarşıdurmaya getmədən onun təsirini zəiflətmək istəyir. Buna görə də Paşinyan tez-tez “bu addımlar Rusiyaya qarşı deyil” kimi mesajlar verir. Lakin faktiki proseslər bunun əksini göstərir.

Bu siyasətin mümkün nəticələri isə çoxvariantlıdır. Nikbin ssenaridə Ermənistan uğurla konsessiya sistemini yenidən qurur, Qərb və ya neytral investorları cəlb edir və regional kommunikasiyaların açılması fonunda tranzit mərkəzinə çevrilir. Bu halda ölkə Rusiya asılılığını kəskin şəkildə azaldaraq daha çox “multi-vektor” siyasət yürüdə bilər. Realist ssenaridə isə proses yarımçıq qalır: Rusiya iqtisadi və siyasi təzyiqlərini artırır, yeni investorlar risklərə görə ehtiyatlı davranır, Ermənistan keçid dövründə uzun müddət qeyri-müəyyən vəziyyətdə qalır. Bu, postsovet məkanında tez-tez müşahidə olunan “strateji vakuum” modelidir.

Bədbin ab-hava isə daha sərtdir. Çünki Moskva bu addımları öz maraqlarına birbaşa təhdid kimi qiymətləndirərək iqtisadi rıçaqlardan siyasi təsir kimi, hətta təhlükəsizlik mexanizmlərindən istifadə edə bilər. Beynəlxalq dairələrdə Ermənistanın Qərbə yönəlməsinin Moskvanın regiondakı strateji mövqelərinə ciddi zərbə vuracağı açıq etiraf olunur və bu səbəbdən Rusiya İrəvana iqtisadi və siyasi təzyiq alətlərini işə salır. “Reuters” məsələ ilə bağlı yazdığı məqalədə qeyd edir ki, Rusiya Prezidenti Vladimir Putin daxil olmaqla Kreml hökuməti Nikol Paşinyanın atdığı addımlardan narazılığını gizlətmir. Moskva dəfələrlə Ermənistana ucuz təbii qaz tədarükündən imtina etmək riski ilə bağlı xəbərdarlıq edib və onun məhsullarının idxalını məhdudlaşdırıb. Karneqi Mərkəzinin baş elmi işçisi Tomas de Vaal qeyd edir ki, Ermənistanın xarici siyasətdə şaxələndirmə cəhdləri ölkənin Rusiyadan asılılığını azaltmağa yönəlib və bu proses Moskvanın regiondakı ənənəvi təsir mexanizmlərinin zəifləməsi ilə nəticələnə bilər”.

Beləliklə, Ermənistanın elektrik şəbəkəsi və dəmir yolu ilə bağlı qərarları, güman ki, struktur geosiyasi transformasiyanın başlanğıcıdır. Paşinyan hökuməti bu addımlarla ölkəni Moskvanın təsir dairəsindən çıxarmağa çalışır. Amma bu proses nə sürətli, nə də ağrısız olacaq. Əsas sual “Ermənistan Rusiyadan uzaqlaşırmı?” yox, belədir: bu strateji gediş idarəolunan transformasiya olacaq, yoxsa yeni geosiyasi böhranların başlanğıcı?

Yusif BAĞIRZADƏ,
politoloq

Paşinyan hökumətinin enerji və nəqliyyat kimi strateji sahələrdə Rusiya təsirinin azaldılmasına yönəlmiş addımları hər şeydən əvvəl Ermənistanın xarici siyasət kursunda baş verən transformasiyanın göstəricisidir. “Ermənistan Elektrik Şəbəkələri”nin idarəetmə modelinin dəyişdirilməsi və dəmir yollarının konsessiya idarəçiliyinin başqa ölkəyə verilməsi ilə bağlı müzakirələr İrəvanın strateji infrastruktur üzərində daha çox suveren nəzarət yaratmaq və alternativ tərəfdaşlar cəlb etmək cəhdlərini ortaya qoyur.

Bu addımların arxasında bir neçə əsas motiv dayanır. İlk növbədə, Ermənistan 2020-ci ildən sonra təhlükəsizlik və xarici siyasət baxımından Rusiya ilə münasibətlərində ciddi dəyişikliklər yaşayıb. Xüsusən də Qərbdən gələn təzyiqlər fonunda ayrı-ayrı sahələrdə Rusiyadan hədsiz asılılığı yenidən nəzərdən keçirməyə başlayıb. Digər mühüm amil iqtisadi və logistika maraqlarıdır. Ermənistan coğrafi baxımdan məhdud imkanlara malik ölkədir və regional nəqliyyat layihələrində iştirak etmək üçün beynəlxalq investorların və tərəfdaşların etimadını qazanmağa çalışır. Paşinyan dəmir yolunun Rusiya nəzarətində qalmasının bəzi ölkələr üçün Ermənistan üzərindən daşımalarla bağlı əlavə siyasi risk yaratdığını bildirib və neytral üçüncü ölkənin idarəçiliyini mümkün variant kimi göstərib. O, Qazaxıstan, BƏƏ və Qətər kimi həm Rusiya, həm də Ermənistanla yaxşı münasibətləri olan ölkələrin mümkün alternativlər sırasında ola biləcəyini qeyd edib.

Enerji sektorunda da oxşar yanaşma müşahidə olunur. “Ermənistan Elektrik Şəbəkələri” ətrafında yaranan proseslər təkcə kommersiya məsələsi deyil, həm də strateji infrastruktur üzərində nəzarət məsələsidir. Belə bir vəziyyət istər-istəməz Rusiya ilə münasibətlərin daha da gərginləşməsinə səbəb olacaq. Ermənistanın atdığı addımların region baxımından ən maraqlı nəticəsi isə yeni kommunikasiya imkanlarının yaranmasıdır. Əgər Ermənistan həqiqətən də daha çox şaxələndirilmiş nəqliyyat və enerji siyasəti həyata keçirərsə, bu, Cənubi Qafqazda yeni regional əməkdaşlıq formatlarını gücləndirə bilər. Xüsusilə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması və kommunikasiyaların açılması fonunda Ermənistanın infrastruktura yanaşması daha geniş regional inteqrasiya prosesinin bir hissəsinə çevrilə bilər.

Tacir SADIQOV
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:187
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 07 Avqust 2026 01:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see373

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see286

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see284

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see281

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see280

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see274

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see273

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see255

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see252

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see247

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see243

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see241

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see236

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see224

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see216

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see216

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see215

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see198

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see191

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri