Icma.az
close
up
RU
“Ölkəmizdə təbii resurslardan istifadəyə yeni yanaşma formalaşır”

“Ölkəmizdə təbii resurslardan istifadəyə yeni yanaşma formalaşır”

Yenisabah portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Azərbaycan iqtisadiyyatında son illərin mühüm istiqamətlərindən biri qeyri-neft sektorunun imkanlarının genişləndirilməsidir”.

Bu mülahizəni mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

O, bildirib ki, sentyabrın 22-də Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə təqdim olunan 2027–2030-cu illərdə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı bu siyasətin mərhələsini müəyyənləşdirir. “Burada təbii resursların səmərəli istifadəsi, müasir sənayenin formalaşdırılması və dəyərin ölkə daxilində artırılması bir-birini tamamlayan məqsədlər kimi çıxış edir. Prezident İlham Əliyevin çıxışında diqqəti cəlb edən əsas məqamlardan biri proqramın konkret zaman çərçivəsinə və maliyyə təminatına malik olmasıdır. 2027–2030-cu illər üçün nəzərdə tutulan tədbirlər mərhələli şəkildə həyata keçiriləcək. Dövlət başçısının vurğuladığı kimi, son dövrdə qəbul olunan dövlət proqramlarının fərqləndirici cəhəti onların konkret, qısamüddətli və icra mexanizmlərinin əvvəlcədən müəyyənləşdirilməsidir. Bu yanaşma dağ-mədən və metallurgiya kimi böyük investisiya tələb edən sahə üçün xüsusi əhəmiyyət daşıyır. Sezar pizza

Proqramın qarşıya qoyduğu hədəflər bu sahənin ölkə iqtisadiyyatındakı rolunun necə dəyişəcəyini göstərir. Qarşıya qoyulmuş məqsədlər üçün dörd il ərzində 5,3 milyard manat investisiya tələb olunur. Bu miqyas dağ-mədən və metallurgiyanın iqtisadi siyasətin mühüm sənaye istiqamətinə çevrildiyini göstərir.”

Millət vəkili Prezident İlham Əliyevin yeni sənaye ekosisteminin yaranması barədə səsləndirdiyi fikirlərin əhəmiyyətini xüsusi vurğulayıb: “Dağ-mədən sektorunun inkişafı hasilatla yanaşı, zənginləşdirmə, emal, logistika, enerji təminatı və digər əlaqəli sahələrdə də iqtisadi fəallığın yüksəlməsinə şərait yaradacaq. Prezidentin çıxışında beş mindən çox daimi iş yerinin yaradılmasının nəzərdə tutulması proqramın sosial-iqtisadi əhəmiyyətini göstərir. Regionlarda yeni məşğulluq imkanlarının yaranması sənaye layihələrinin ərazi inkişafına təsirini artıracaq. Bu proses ölkənin əvvəlki illərdə formalaşdırdığı infrastruktur və institusional imkanlar üzərində qurulur. Enerji təminatının gücləndirilməsi, nəqliyyat infrastrukturunun inkişafı, maliyyə, vergi və gömrük sistemlərində aparılan islahatlar yeni sənaye layihələri üçün əlverişli mühit yaradıb. Deməli, Dövlət Proqramı uzun illər ərzində həyata keçirilən iqtisadi siyasətin yeni nəticə mərhələsidir. Dövlət başçısının çıxışının ümumi məntiqi göstərir ki, Azərbaycan iqtisadiyyatında təbii resurslardan istifadəyə yeni yanaşma formalaşır. Məqsəd mövcud imkanları yalnız hasilat göstəriciləri ilə ölçmək deyil, onların ölkənin sənaye gücünün artırılmasına xidmət etməsini təmin etməkdir. 2027–2030-cu illər üçün nəzərdə tutulan proqram məhz bu baxımdan qeyri-neft sənayesinin möhkəmləndirilməsi, yeni istehsal imkanlarının yaradılması və iqtisadi artımın daha geniş bazaya söykənməsi istiqamətində mühüm addım kimi diqqəti cəlb edir”.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 25 Sentyabr 2026 14:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see335

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see321

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see320

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see300

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see299

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see285

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see264

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see249

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see243

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see235

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see231

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see217

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see212

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see194

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see192

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see188

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see179

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see171

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see169

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri