Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

Bunları hər kəs bilməlidir!

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Rauf Dadaşovun anım günüdür

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

İrəvan seçim qarşısındadır hələ də keçmişin mifləri yaşayanlar var

İrəvan seçim qarşısındadır hələ də keçmişin mifləri yaşayanlar var

Olke.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Azərbaycanla Ermənistan arasında sülh prosesinin taleyi Ermənistan parlamentində hansı siyasi qüvvənin neçə mandat qazanacağından daha çox, seçkilərdən sonra İrəvanın hansı siyasi kurs seçəcəyindən asılı olacaq. Nəzərə alaq ki, Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətni tam razılaşdırılıb və ötən ilin avqustunda Vaşinqton şəhərində xarici işlər nazirləri tərəfindən paraflanıb. Rəsmi Bakı dəfələrlə bəyan edirdi ki, prosesin qarşısında qalan əsas maneələr Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının saxlanılması və ATƏT-in Minsk qrupunun formal olaraq ləğv edilməməsidir. Artıq Vaşinqton razılaşmalarına uyğun olaraq Minsk qrupu rəsmi olaraq ləğv edilib. Əgər Ermənistan Konstitusiyasında müvafiq dəyişikliklər də edilsə, sülh sazişinin imzalanması üçün heç bir maneə qalmayacaq”. 

Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, hazırda Ermənistanda seçkiqabağı atmosfer son dərəcə gərgindir. Lakin əsas məqam ondan ibarətdir ki, bu seçki kampaniyası artıq, sadəcə parlament mandatları uğrunda siyasi partiyaların mübarizəsi deyil. Əslində, Ermənistan cəmiyyəti dövlətin gələcək inkişaf modelini müəyyənləşdirəcək seçim qarşısındadır.  Onun sözlərinə görə, bu gün Ermənistanda siyasi mübarizə aparanları təsnifatlaşdırsaq, deyə bilərik ki, bir tərəfdə yeni regional reallıqların qəbul edilməsi, qonşularla münasibətlərin normallaşdırılması və daimi qarşıdurma siyasətindən imtina xətti dayanır. Digər tərəfdə isə hələ də keçmişin siyasi mifləri ilə yaşayan və ölkəni yenidən təhlükəli revanşizm siyasətinə qaytarmağa çalışan qüvvələr var. 
Millət vəkilinin fikrincə, seçki kampaniyası qarşılıqlı ittihamlar, informasiya mübarizəsi, siyasi qalmaqallar və gərginlik fonunda keçir. Bu isə göstərir ki, Ermənistanın siyasi sistemi hələ də dərin böhran vəziyyətindən çıxa bilməyib. Bununla yanaşı, mühüm bir tendensiya da müşahidə olunur. Hakimiyyətə qarşı narazılıq yüksək olsa da, erməni cəmiyyətində revanşist ritorikadan və radikalizmdən ciddi yorğunluq hiss olunur. Bir çox vətəndaş Paşinyanı tənqid etsə də, köhnə siyasi elitanın hakimiyyətə qayıdışından ehtiyat edir. 

Deputat onu da qeyd edib ki, seçkilərdə Rusiyayönümlü qüvvələr Moskvanın dəstəyini almağa çalışır: “Biz müşahidə edirik ki, seçki ərəfəsində Rusiya ənənəvi alətlərdən istifadə edir. Bunlar siyasi təzyiq, informasiya kampaniyaları, Rusiyaya yaxın siyasi dairələrin dəstəklənməsi və Ermənistanın iqtisadi asılılığının xatırladılmasıdır. Amma bu alətlərin effektivliyi əvvəlki kimi deyil. Əksinə, bəzi hallarda Moskvanın sərt təzyiqləri Paşinyanın mövqelərini gücləndirir. Çünki hakimiyyət bunu Ermənistanın suverenliyinin müdafiəsi kimi təqdim etməyə çalışır. Digər tərəfdən, Rusiyanın Ermənistanda arxalandığı siyasi qüvvələr də geniş ictimai dəstəyə malik deyil.

Azərbaycan üçün isə əsas məsələ gələcək baş nazirin kimliyi deyil. Əsas sual budur: Ermənistan siyasi sistemi ölkəmizə qarşı ərazi iddialarından birdəfəlik imtina etməyə, Konstitusiyaya dəyişiklik etməyə və beynəlxalq hüquq prinsipləri əsasında sülh prosesini başa çatdırmağa hazırdırmı? Məhz bu, seçkilərin əsas nəticə göstəricisi olacaq”.

Sevinc Fətəliyeva əlavə edib ki, əgər seçkilərdən sonra Nikol Paşinyan hakimiyyətdə qalarsa, sülh prosesinin davam etməsi ehtimalı daha yüksək görünür. “Çünki bütün tənqidlərə baxmayaraq, məhz Paşinyan hakimiyyəti son illərdə Ermənistanın əvvəlki siyasi xəttinin iflasa uğradığını etiraf edən ilk hökumət olub. Məhz onun dövründə Azərbaycanla sərhədlərin delimitasiyası istiqamətində addımlar atılıb, ərazi bütövlüyünün qarşılıqlı tanınması ilə bağlı bəyanatlar səsləndirilib və sülh müqaviləsi üzrə danışıqlarda müəyyən irəliləyiş əldə olunub”, - o vurğulayıb.

Deputat xatırladıb ki, bütün hallarda Azərbaycanın mövqeyi dəyişməz olaraq qalır: “Bakı sülh müqaviləsinin imzalanmasında maraqlıdır, lakin bu sənəd hüquqi və siyasi baxımdan dayanıqlı olmalıdır. Bu isə Ermənistanın Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılmasını, revanşizm siyasətindən imtinanı və regionda yeni münasibətlər sisteminin formalaşdırılmasını tələb edir. Ona görə də seçkilərin əsas nəticəsi parlamentdə mandatların bölgüsü deyil. Əsas nəticə Ermənistanın, hansı siyasi seçimi edəcəyidir: gələcəyə baxan dövlət olmaq, yoxsa keçmişin məğlub olmuş layihələrinə bağlı qalmaq. Məhz bu seçim Azərbaycan-Ermənistan sülh prosesinin gələcəyini və perspektivlərini müəyyən edəcək”.

Mürtəza

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://olke.az
archiveBu xəbər 02 İyun 2026 20:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see633

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see372

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see285

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see268

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see258

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see253

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see252

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see245

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see245

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see237

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see220

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see219

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see210

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see210

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see209

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see205

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see204

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see203

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see201

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri