Icma.az
close
up
RU
İrəvan Vaşinqtona mesaj verir...

İrəvan Vaşinqtona mesaj verir...

Xalqcebhesi saytından alınan məlumata görə, Icma.az bildirir.

Ermənistanın Baş naziri Nikol Paşinyanın seçkilərə qədər Azərbaycanla yekun sülh müqaviləsinin imzalanmasını hökumət proqramına daxil etməsi həm daxili, həm də xarici auditoriyaya hesablanmış addım kimi qiymətləndirilməlidir. Bu, ilk növbədə Vaşinqtona mesajdır ki, rəsmi İrəvan sülh gündəliyinə sadiqdir və prosesi sürətləndirməyə hazırdır.

Bunu xalqcebhesi.az-a politoloq Məhəmməd Əsədullazadə deyib.

O, qeyd edib ki, ABŞ-nin may ayında Azərbaycan-Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını təşviq etməsi də prosesin beynəlxalq ölçüsünü göstərir. Xüsusilə, ABŞ-də payızda Konqres seçkilərinin keçiriləcəyini nəzərə alsaq, Ağ Evin regionda diplomatik uğur əldə etməsi daxili siyasi müstəvidə də önəm daşıyır. Bu kontekstdə sülh sazişi həm Vaşinqton üçün xarici siyasət nailiyyəti, həm də seçkiöncəsi müsbət imic faktoru ola bilər:

"Digər tərəfdən, Azərbaycan dəfələrlə bəyan edib ki, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları aradan qaldırılmadan yekun sülh müqaviləsinin imzalanması mümkün deyil. Rəsmi Bakı hüquqi əsasların dəyişdirilməsini – xüsusilə Konstitusiya referendumunu – uzunmüddətli və dayanıqlı sülhün təminatı kimi qiymətləndirir.

Bu baxımdan, seçkilərə qədər müqavilənin imzalanması təşəbbüsü Paşinyanın daxili siyasi mövqeyini gücləndirmək məqsədi daşıya bilər. Lakin Azərbaycan üçün əsas prioritet hüquqi və institusional zəminin formalaşmasıdır. Seçkilərdən sonra Konstitusiya referendumu keçirilməsi və ərazi iddialarının rəsmən çıxarılması sülh sazişinin legitimliyini və davamlılığını artırar.

Hazırkı mərhələdə iki ölkə arasında genişmiqyaslı hərbi toqquşmaların olmaması de-fakto sülh mühitinin mövcudluğunu göstərir. Lakin de-fakto vəziyyətin de-yure sənədlə təsbit olunması üçün tərəflərin strateji yanaşmaları hələ tam uzlaşmayıb".

Cavid

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:126
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 12 Fevral 2026 14:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see377

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see280

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see228

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see225

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see217

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see210

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see207

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see205

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see205

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see200

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see195

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see195

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see190

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see189

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see187

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see184

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see177

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see171

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see170

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri