Icma.az
close
up
RU
İrəvan və Aşqabad türkmən qazının Ermənistana tranziti ilə bağlı danışıq aparır

İrəvan və Aşqabad türkmən qazının Ermənistana tranziti ilə bağlı danışıq aparır

Icma.az, Azpost portalına istinadən məlumatı açıqlayır.

İrəvan və Aşqabad türkmən qazının İran vasitəsilə Ermənistana çıxarılması üzərində danışıqlar aparır.

Paşinyanın müşaviri Artaşes Tumanyan bununla bağlı müəyyən detalları açıqlayıb: Türkmənistan qazının Ermənistana svop sxemi üzrə çatdırılması müzakirə edilir, lakin tərəflər qiymət məsələsində razılaşma əldə edə bilmir;

Ermənistan türkmən qazını hələ 2017-ci ildə – Sarkisyanın hakimiyyəti dövründə almaq istəyirdi, hərçənd, indiyə qədər ya İranla tranzit haqqı, ya da qazın qiyməti məsələsinə görə baş tutmayıb. Paşinyan hakimiyyəti məsələnin qısa müddətdə həlli üçün təmaslarını intensivləşdirir və erməni rəsmilərinin açıqlamalarına görə, İranla tranzit məsələsi artıq həll edilib, indi qiymət məsələsi müzakirə mövzusudur.

Bu, Azərbaycan üçün mənfi perspektivləri ortaya çıxara bilər.

Birincisi, İrəvanın qaz təchizatını şaxələndirməsidir: müharibədən sonra Azərbaycanın Ermənistana qaz satması məsələsi aktuallaşıb və bu, Bakıya həm də strateji üstünlük qazandıra biləcək amildir; Ermənistanın təchizat zəncirini genişləndirməsi perspekstivdə üstünlük əldə etmək imkanlarımızı zəiflədir;

İkincisi, Ermənistanın məhz Türkmənistan qazına göz dikməsidir: 2021-ci ildə Bakı türkmən qazının İran tranziti ilə alınması üzərində razılıq əldə etsə də, 2024-cü ildə qiymət məsələsində anlaşılmazlıq yaranıb; Ermənistan Türkmənistan üçün yeni bazar rolunu oynaya bilər və bu, Bakını təkcə İrəvan üzərində mümkün qaz rıçağı əldə etmək perspektivini zəiflətmir, həm də regionda erməni alternativi ilə üz-üzə qoya bilər;

Üçüncüsü və ən riskli məqam Ermənistanın türkmən qazının Avropa bazarına çıxışda mümkün tranzitə çevrilməsidir: Tumanyan bildirir ki, “türkmən qazının Ermənistan vasitəsilə Gürcüstana ixracı da müzakirə edilib, Tbilisi müsbət cavab verib. İdeya reallaşarsa, türkmən qazının Qara dəniz ölkələrinə də ixracı mümkün olacaq”.

İrəvan buna nail olarsa,

– Avropa bazarına çıxış əldə etmək istəyən Türkmənistan alternativ tranzit əldə edir və bu, Azərbaycan tranzitinin aktuallığını itirməsə belə, “yeganə yol” statusunu zəiflədir;

– Azərbaycanın Gürcüstan bazarındakı hakim mövqeyinə risklər yaradır;

– Türkmən qazını Gürcüstana və Qara dəniz hövzəsinə çıxaran Ermənistan regionun enerji infrastrukturunda, ümumilikdə Orta dəhlizdə tranzit payı əldə edə bilər;

Rəsmi Bakı mövcud vəziyyətdə o qədər də əhəmiyyətli görünməyən bu məsələnin gələcəkdə risk təşkil etməməsi üçün İrəvan-Aşqabad xəttindəki mümkün anlaşmaya diqqət yetirməlidir.

Asif NƏRİMANLI 

Siyasi şərhçi 

Paylaş

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:61
embedMənbə:https://azpost.info
archiveBu xəbər 27 Mart 2025 23:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see216

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see195

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see189

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see178

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see174

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see169

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see160

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see159

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see152

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see150

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see149

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see144

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see144

Tramp Ukraynaya “Tomahawk” raketlərinin tədarükünü şəxsən dayandırdığını deyib

30 Dekabr 2025 02:02see144

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see138

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see136

Bir zamanlar möcüzə idi, indi təsirsizdir: Antibiotiklər niyə keyfiyyətsizdir?

29 Dekabr 2025 23:55see135

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see135

Elvin Cəfərquliyev 2025 ci ilin ən yaxşısı seçildi ÖZƏL

29 Dekabr 2025 18:26see129

Azyaşlı qızları maşınına mindirib dəfələrlə zorladı Azərbaycanda ŞOK HADİSƏ

30 Dekabr 2025 05:29see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri