Icma.az
close
up
RU
İrəvanda daşnak təbliğatı güclənir sülhsevər Paşinyanın gözləri qarşısında...

İrəvanda daşnak təbliğatı güclənir sülhsevər Paşinyanın gözləri qarşısında...

Sia Az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Monte Melkonyan kimi bir terrorçuya film həsr edib erməni köprələrə izlətmək, onları Azərbaycana qarşı düşmən ritorikasında böyütmək əsl faşizm siyasətidir”

Əvvəla ondan başlayaq ki, hazırda rəsmi İrəvan tərəfindən səsləndirilən sülh çağırışları sadəcə əzbərlənmiş diplomatik jest xarakteri daşıyır və yalnız Ermənistan hakimiyyətinə lazım olan məqamda səsləndirilir. Əslində son illər rəsmi İrəvanın Azərbaycanla sülh müqaviləsi bağlanması yönündə azacıq bir addımının belə şahidi olmamışıq. Elə təkcə hazırkı Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının yer aldığı bolluca maddələri göstərmək kifayətdir ki, bunu görə biləsən. Baxın, nə qədər müzakirə aparılsa da Ermənistan hakimiyyəti başqa dövlətin ərazi bütövlüyünü hədəf alan və beynəlxalq hüquq baxımından qəbuledilməz olan o maddələri dəyişdirmək üçün həttda ötəri də olsa cümlələr işlətmir. Sənin konstitusiyanda mənim ölkəmi işğal etməyə səsləyən maddələr yer alırsa, səninlə necə Sülh Müqaviləsi imzalana bilər?

Bütün bunları Nikol Paşinyan hamıdan əla bilir və mən bəribaşdan deyim ki, bu adamın tək məqsədi hazırkı siyasi gerçəklərdən istifadə edib Ermənistanı quyunun dibindən çıxarmaq, gücləndirmək, iqtisadiyyatını yaratmaq və bölgədəki iqtisadi və infrastruktur layihələrə güclü inteqrasiyasına nail olmaqdır. Bu, gerçək faktdır. Bu ənənəvi erməni hiyləgərliyidir və erməni cəmiyyəti N.Paşinyanı ona görə müdafiə edir ki, keçmiş “Qarabağ klanının” xaraba qoyduğu Ermənistanı quyunun dibindən çıxartsın, ac-yalavac ermənilər bölgədəki inteqrasiya sayəsində ağ günə çıxsınlar, vəssalam. Gec-tez tarix bunu sübut edəcək.

Bu məqamı da qeyd edim ki, 4-5 ildən sonra bu adamın hazırkı hiyləgər siyasəti bizim üçün təhlükəli proseslər yaradacaq, bu da gerçək siyasi proqnozdur. Bəli, təəsüf ki, N. Paşinyan höküməti bu gün sülh ritorikasından yalnız blef kimi yararlanır.

Xüsusilə daxili siyasət məsələsində. Hazırkı İrəvan rejimi bölgədə yaranmış yeni reallıqlardan erməni xalqında ciddi düşüncə dəyişikliyi üçün deyil, Ermənistan syasətindəki revanşist rəqiblərini sıradan çıxarmaq, onların Ermənistanı quyunun dibindən çıxmasına mane olmaqda ittiham edib, özünə siyasi xallar yıqmaq üçün istifadə edir. O Azərbaycanla imzalanması gözlənilən Sülh Müqaviləsini düşünmür belə. Buyurun baxın, 2021-ci ildən bəri Ermənistanda daşnak ideologiyasının aradan qaldırılması və ya zəiflədilməsi üçün azacıq addım da atılmadı. Yalnız N.Paşinyanın daxili siyasət üçün istifadə etdiyi siyasi təzyiq ritorikasından başqa. Bunun əvəzində hələ də İrəvanda ikinci dünya müharibəsində satqın kimi tanınan faşist Nijdenin heykəli ucalmaqdadır.

Bir faşistin heykəlinin mövcud olduğu erməni cəmiyyətində azərbaycanlılara qarşı tolerant münasibəti, azərbaycanlılarla sülh şəraitində yaşamaq istəyini təsəvvür etmək belə inandırıcı görünmür qətiyyən. Diqqət edin: bu gün Birinci Qarabağ müharibəsi zamanı dinc azərbaycanlı əhaliyə olmazın vəhşiliklərini törədən, uşaq və qadınlara qarşı xüsusi amansızlıqı ilə “ad çıxarmış” Monte Melkonyan kimi bir terrorçuya həsr edilmiş filmin hazırlanması daşnak ideologiyasını yaşatmaq deyil, bəs nədir? Deməli erməni cəmiyyəti hazırkı vəziyyətə və siyasi reallıqlara uyğun səsini astadan çıxartsa da, əslində dərin daşnak sevdalısı olduğunu hər addımbaşı sübuta yetirir. Siz erməni ictimai fikrinin cəmləşdiyi sosial şəbəkə seqmentinə diqqət etsəniz görərsiniz ki, ən müxtəlif erməni sosial qrupları azərbaycanlılara qarşı dəhşətli nifrət ritorikası ilə çıxış edirlər. Üstəlik əminliklə deyirəm ki, bu cür ritorika yalnız müxalif siyasi dairələrlə məhdudlaşmır və təhlillər göstərir ki, yayılan bu məlumatlar və kampaniya arxasında Ermənistan hakimiyyətinin özü dayanır.

Bu düşüncə xəstələri həttda 30 ildən sonra azad etdiyimiz qədim Qarabağ torpaqlarımıza özlərinin nə vaxtsa yenidən “qayıdacaqlarını” xəyal edirlər. Bu faşizm deyil, bəs nədir? M.Melkonyan kimi bir cəllada film həsr edib körpə erməni uşaqlarına izlətmək, onların körpə beyinlərində indidən Azərbaycana qarşı nifrət ritorikası formalaşdırmaq ən böyük faşizm təbliğatıdır. Mən siyasətdə gerçəkləri nəzərə almağın tərəfdarıyam. Bu gün erməni cəmiyyəti yalnız sosial yoxsulluqdan qurtulub ayağa qalxmaq, iqtisadi baxımdan “belini düzəltmək” üçün belə yalançı “tolerant” və sülh tərəfdarı libasına bürünüb. Bunlar istənilən zaman öz faşist simalarını ən vəhşi şəkildə ortaya qoymağa hazır həyasız toplumdurlar. Biz gələcəkdə indikindən daha ayıq-sayıq olmalıyıq. Çünki N.Paşinyan kimi siyasi füqurlar heç zaman sülh təminatı ola bilməz.

Mətləb Salahov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://sia.az
archiveBu xəbər 19 Noyabr 2026 14:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see569

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see527

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see368

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see273

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see271

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see247

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see246

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see239

Bu şəxslərə dərman və həkim müalicəsi pulsuz olacaq

25 Noyabr 2026 09:39see236

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see234

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see215

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see213

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see210

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see209

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see206

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see205

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see204

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see203

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see198

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri