Icma.az
close
up
RU
İrəvanda Fransaya qarşı etiraz: Ermənistan cəmiyyətində Qərb narazılığı dərinləşir

İrəvanda Fransaya qarşı etiraz: Ermənistan cəmiyyətində Qərb narazılığı dərinləşir

Sherg.az saytına istinadən Icma.az xəbər verir.

Ermənistanın paytaxtı İrəvanda Fransa səfirliyi yaxınlığında etiraz aksiyası keçirilib. Ermənistan KİV-in yaydığı məlumata görə, aksiya Fransa xarici işlər naziri Jan-Noel Barronun səfəri fonunda “Avropa İttifaqının Cənubi Qafqazdakı proseslərə müdaxiləsi”nə etiraz məqsədilə təşkil olunub. Aksiya iştirakçıları Fransa və Aİ-ni 44 günlük müharibədə Ermənistana dəstək göstərmədiklərinə görə tənqid ediblər. Etiraz “Birgə” adlı hərəkat tərəfindən təşkil olunub. Fransa xarici işlər nazirinin səfəri zamanı İrəvanda keçirilən etiraz aksiyası Ermənistan cəmiyyətində Qərbə, xüsusilə Avropa İttifaqına və Fransaya qarşı formalaşan narazılığın artdığını göstərir. Bu narazılıq əsasən 44 günlük müharibə zamanı və sonrakı mərhələdə gözlənilən siyasi və hərbi dəstəyin verilməməsi ilə əlaqələndirilir. Lakin Ermənistan cəmiyyətinin Qərbə münasibətdə bu qədər gözlənti içində olması, əslində onların regional reallıqlardan və geosiyasi balansdan hələ də uzaq olduqlarını göstərir.


Politoloq Natiq Miri Sherg.az-a vurğulayıb ki, bu növbəti  erməni xəstə təxəyyülünün təcəssümüdür:


“Ermənilər düşünürlər ki, bütün dünya onları bu müharibədə müdafiə etməliydi. Hansı ki, bu ermənilər üçün ədalətli müharibə deyildi. Çünki işğal altında qalan Azərbaycan torpaqları idi və onlar bizim 20 faiz torpaqlarımızı işğal etmişdilər. Buna baxmayaraq başqasının torpağını özününkü sayan etnosun bütün dünyadan onları müdafiə etmədiyi üçün ittiham etməsi yalnız xəstə təfəkkürün açıq şəkildə nümayişidir. Konkret olaraq Avropa və Fransanın ittiham olunmasına qaldıqda isə fərqli məqamlar mövcuddur. Müxtəlif qüvvələr var ki, onların içərisində son günlərdə hökumət əleyhinə aktivləşən Rusiya tərəfdarı olan 5-ci kolon nümayəndələri də yer alır. Bir neçə gün öncə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Ermənistana səfəri oldu. Lavrov Ermənistan aeroportuna endikdən sonra İrəvanın  mərkəzi küçələrində Lavrovun və Putinin portretlərini əlində saxlayan tənqidi və təqqiramız plakatlar nümayiş etdirilib. Yəni Rusiyanın erməni əsilli nazirinin Ermənistana səfərinə etiraz olunurdu. Bu dəfə isə biz hadisənin əksinin şahidi oluruq. Sözügedən proses Rusiya tərəfdarlarının Qərb dairələrinə verdiyi cavab kimi qiymətləndirilməlidir. Əgər 44 günlük Vətən müharibəsində ermənilər Rusiyadan gözlədiklərini ala bilmədikləri üçün Rusiya rəhbərliyini ittiham edirlərsə, indi də Fransa və Avropanın Ermənistanı müdafiə etmədikləri üçün onlar etiraz başladıblar”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:99
embedMənbə:https://sherg.az
archiveBu xəbər 26 May 2025 17:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see252

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see230

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see214

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see213

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see210

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see205

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see184

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see181

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see166

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see166

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see165

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see156

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see149

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see148

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see144

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see143

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see143

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see142

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri